“Robocall” kompüter sistemi vasitəsilə avtomatik olaraq edilən və əvvəlcədən yazılmış bir mesajı paylaşan zənglərə verilən addır.
Facemark xarici mənbəyə istinadən məlumat verir ki, "məni eşidirsənmi?" tipli suala verdiyiniz "bəli" cavabı sizi risk altında qoya bilər. Bir çox hallarda fırıldaqçılar aldadıcı alış-veriş etmək üçün zənglərdən istifadəni təsdiqləyirlər. Telefona cavab verdiyiniz zaman xəttin digər ucunda "məni eşidirsənmi?" tipli suallar eşidilə bilər. Lakin bunlar əvvəlcədən yazılmış mesajları oxuyan “robocalllar”dır.
Cavab versəniz bu sizin nömrənizin aktiv olduğunu göstərir. Bu da imkan verir ki, fırıldaqçı nömrənizi digər telemarketlərə daha yüksək qiymətə satsın. Real görünmək üçün bu zənglər qeydiyyatsız və çox zaman sizin öz telefon nömrənizə bənzəyir.
Belə hallardan qorunmaq üçün çıxış yolu tanınmayan nömrələrdən gələn zəngləri birdəfəlik bloklamaqdır.