bazar ertəsi, 18 oktyabr 2021

"Ömürboyu Təhsil Mərkəzi"nin açılış tədbiri keçirilib

183

UNEC-in nəzdində "Ömürboyu Təhsil Mərkəzi"nin təqdimat mərasimi keçirilib.

Facemark rəsmi xəbərə istinadən xəbər verir ki, tədbirdə UNEC-in rektoru Ədalət Muradov, Dövlət Məşğulluq Agentliyinin İdarə heyətinin sədri Mustafa Abbasbəyli və digər görkəmli qonaqlar iştirak edib.

Online keçiriləcək təlimlərin əsas məqsədi şəxsi və peşə həyatında motivasiya olmaq, öyrənilənlərin iş həyatına asanlıqla tətbiq olunmasından ibarətdir.

Mərkəzin rəhbəri Qələndər Məmmədlinin sözlərinə görə təlimlər 3 əsas istiqamətdə - soft skills, digital marketinq və qrafik dizayn üzrə keçiriləcək.

Mərkəzində beynəlxalq yay məktəbləri, peşə hazırlığı kursları, sertifikat proqramları, korporativ təhsil, mini ixtisas proqramları, qısa və intensiv kurslar təşkil ediləcək. Eləcə də orta ümumtəhsil məktəblərinin buraxılış imtahanlarına, bakalavriat, magistratura səviyyəsinə qəbul və əlavə sınaq imtahanlarına, yaradıcılıq müsabiqələrinə, dövlət orqanları tərəfindən həyata keçirilən müxtəlif imtahanlara dinləyicilərin hazırlığı aparılacaq. Təhsil və hazırlıq proqramları əyani, distant və hibrid formada təşkil ediləcək.

Qeyd edək ki, sonda təlimləri uğurla bitirən şəxslər UNEC loqolu sertifikatlarla təltif olunacaq.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün

Abunəlik