“Twitter” mikrobloqlar xidməti profilə animasiyalı təsvir quraşdırılması imkanını blok edib.
“Twitter”in məlumatında xidmətin “.gif” formatlı animasiyalı təsvirlərin yüklənməsini dəstəkləmədiyi qeyd edilib. Buna baxmayaraq, istifadəçilər qoyulmuş qadağanı keçə bilirdilər. Hazırda isə yüklənmiş animasiya statik təsvirə çevrilir.

Hazırkı məhdudiyyət yalnız yeni avatarla bağlıdır: bildirilib ki, bundan əvvəl yüklənmiş animasiyalı təsvirlər sistemdə saxlanılacaq, lakin yeni animasiyalı təsvirlər yükləmək olmaz.