"McKinsey & Company" və "LeanIn.Org"un yeni araşdırmalarına görə həm kişilər, həm də qadınlar son bir ildə 2020-ci illə müqayisədə daha çox tükənmiş hiss edirlər.


Facemark xarici mənbələrə istinadən məlumat verir ki, qadınlar bu baxımdan xüsusilə ağır zərbələrə məruz qalırlar. 2021-ci il iş yerindəki qadınlar hesabatında təxminən 12 milyon işçi çalışdıran 420-dən çox Şimali Amerika təşkilatının 65 000-dən çox əməkdaşı sorğulanıb.. Bu il iştirak edən kişilərin 35%-i ilə müqayisədə qadınların 42%-i tez-tez və ya demək olar ki, həmişə tükənmiş hiss etdiklərini bildirib.. Keçən il qadınların 32%-i kişilərin 28%-i belə hiss etdiyini bildirmişdi