Bu il 8-12 noyabr tarixlərində “21-ci əsrdə insan olmaq” mövzusu ilə reallaşan “Brand Week Istanbul” iştirakçılarına ruhlandırıcı bir həftə yaşadıb. Qazhane Muzeyində keçirilən silsilə tədbirlərlə başlayan festival son üç gün ərzində Zorlu PSM və rəqəmsal zalda üç ayrı salona yayılan seanslarla iştirakçıları ruhlandırıb.
Tədbir 10-11-12 noyabr tarixlərində Zorlu Performans İncəsənət Mərkəzi (Zorlu PSM), Brands&Trends və World Stage-dən ibarət onlayn və 3 fərqli zalda davam edib.
Facemark.az festivalın media tərəfdaşı olaraq xəbər verir ki,5 gün ərzində media, kommunikasiya və yayım mövzusunda müxtəlif elm sahələrini təmsil edən spikerlər öz təcrübələrini və gələcəklə bağlı proqnozlarını dinləyicilərlə bölüşüblər.
"Brand Week İstanbul 2021"in fəxri qonağı seçilən Zülfü Livaneli “Mədəniyyət Körpüləri” adlı çıxışı ilə "Brand Week İstanbul" səhnəsində iştirakçılarla görüşüb.
Tədbir çərçivəsində tarixçi prof. Craig M. Wright, "Necə yaradıcı bir həyat yaşamaq olar?" sualı ilə bağlı iştirakçılara məlumat verib. Prof. Renata Salecl "Brand Week İstanbul"un səhnəsində "Yeni Bir Tanıtım: Yapım Aşamasında" adlı çıxışı ilə çıxış edib.
Media sənətçisi və rejissor Refik Anadol “Veriler arasında boşlukdur insan” adlı çıxışı ilə layihələrini və gələcəyin texnologiyaları ilə bağlı proqnozlarını paylaşıb. Davamlı qida və şəhər təsərrüfatı sahələrindəki təşəbbüsləri ilə diqqət çəkən Jean-Patrick Scheepers, Tuba Ünsalın moderatorluğu ilə keçirilən "Kənd təsərrüfatında Futirizm" adlı sessiyada iqlim böhranını müzakirə edib. Modelyer Aslı Filinta Demir “Dizaynda təkmilləşmənin hekayələri” sessiyasında sosial davamlılıqdan danışıb. İqtisadiyyat sahəsində Madhavi Venkatesan “Davamlılıq 2.0 Gəlirli və Yaşıl İqtisadiyyat” başlıqlı çıxışında “məsuliyyətli istehlak”, “məsuliyyətli istehsal”, “dayanıqlı iqtisadiyyat” və “ətraf mühitin gələcəyi” mövzusunda fikirlərini bölüşüb.
Tədbirdən fotoları təqdim edirik: