"Microsoft"un qurucusu və keçmiş SEO-su Bill Qeyts 2021-ci ildə oxuduğu 5 ən yaxşı kitabı paylaşıb. Onun builki mövzusu elmi fantastika olub.
Facemark xarici xəbərə istinadən həmin kitabları təqdim edir:
1. A Thousand Brains: A New Theory of Intelligence – Jeff Hawkins
"PalmPilot"un həmtəsisçisi Jeff Hawkins tərəfindən yazılmış bu kitab maşınlarda "ümumi intellekt" konsepsiyasının inkişafının əsasını təşkil edən yeni bir nəzəriyyə təqdim edir.
2. The Code Breaker: Jennifer Doudna, Gene Editing, and the Future of the Human Race – Walter Isaacson
Walter Isaacson tərəfindən yazılan bu kitab CRISPR gen redaktə texnologiyasına töhfə verən Nobel mükafatlı kimyaçı Cennifer Doudna və onun həmkarları haqqındadır.
3. Klara və Günəş (Klara and the Sun) – Kazuo Ishiguro
Kazuo Ishiguro tərəfindən yazılmış bu kitab xəstə bir yeniyetmənin robotla dostluğundan bəhs edir. Kitab uşaqların daha ağıllı olmaq və böyük ölçüdə təcrid olunmuş həyat sürmək üçün genetik olaraq dəyişdirildiyi distopik bir cəmiyyətdə qurulub.
4. Hamnet – Maggie O - Farrell
Maggie O-Farrell-in kitabı Uilyam Şekspirin oğlu Hamnetdən və onun ölümünün Şekspiri dünyanın ən məşhur pyesini yazmağa necə ruhlandırmasından bəhs edir.
5. Qurtuluş layihəsi (Project Hail Mary) – Andy Weir
Dünyanın ən çox satılan fantastika müəlliflərindən biri olan Andy Weir-in bu kitabı Günəşi "günəş yeyən" mikroorqanizmdən qorumaq üçün yadplanetli ilə orta məktəb müəllimi haqqındadır.