Bildiyimiz kimi, 05 noyabr tarixindən etibarən rəsmən start götürmüş ali məktəb tələbələrinin I "İdeal Məntiq" olimpiadası keçirilməkdə idi. Olimpiada Azərbaycanda yerləşən bütün ali və özəl universitetlərin tələbələrinə iştirak imkanı verirdi. II turdan ibarət mərhələdə toplam 1800 nəfər facemark.az saytı vasitəsilə qeydiyyatdan keçmişdir. Olimpiadanın təşkil olunmasında bir çox şikətlər iştirak etmişdir. Onlardan baş sponsor "İdeal" parfum və kosmetika mağazaları, sponsorlar ATGTİ, PAK DAD restoranı, DNS Computers mağazalar şəbəkəsi, Facemark onlayn marketinq jurnalını (facemark.az) və BİSMAK qida-sənaye kompleksini qeyd edə bilərik.


  • Məntiq olimpiadası I, II, III və IV kursda təhsil alan ali məktəb tələbələri üçün nəzərdə tutulmuşdu;
  • Olimpiadaya 27 ali məktəbdən tələbələr müraciət etmişdi;
  • 1.800-ə yaxın tələbə qeydiyyatdan keçdi;
  • 1600 tələbə qəbul olundu və iştirak etdi.


“İdeal Məntiq” olimpiadasının I mərhələsi 7, 8, 9 və 12 noyabr tarixlərində 2 növbə olmaqla Kainat Tədris Mərkəzinin əsas binasında keçirildi. 19 noyabr tarixində “İdeal Məntiq” olimpiadasının II turu keçirildi. II turda 90 nəfər iştirak şansı qazanmışdı.


  • Azərbaycan Dövlət Neft Akademiyası – 32
  • Azərbaycan Dövlət İqtisad Universaiteti – 18
  • Bakı Dövlət Universiteti – 11
  • Qafqaz Universiteti – 11
  • Azərbaycan Dövlət İdarəçilik Akademiyası – 7
  • Moskva Dövlət Universitetinin Bakı filialı – 4
  • Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti – 2
  • Azərbaycan Texniki Universiteti – 1
  • Azərbaycan Tibb Universiteti – 3
  • Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası – 1

Qaliblər:


1.Pərvin Mirzəzadə (ADIU)
2.Azər Əzimov (ADIU)
3.Elgiz Əliyev (ADNA)
4. Toğrul Gülgəzli (ADIU)
5. Ələkbər Heydərov (BDu)
6.Elçin Mahmudov (ADIU)
7.Cavid Məmmədov (ADIU)
8.Ceyhun Əhmədov (DIA)
9.Vüqar Heydərov (DIA)
10. Rüstəm Bəhmənzadə (ADIU)


Qeyd edək ki, I yerin qalibi Pərvin Mirzəzadə Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi olduğu üçün mükafatlandırma mərasimi də elə ADİU-nun akt zalında baş tutdu. Tədbirdə olimpiadanın sponsorlarına da təşkilatı dəstəyə görə təşəkkür məktubları təqdim edildi. Eyni zamanda Azərbaycan Dövlət Televiziyası da tədbiri video lentə alıb. Növbəti həftə Azərbaycanda ilk dəfə keçirilən olimpiada haqqında qısa süjet AZTV1 kanalında yayımlanacaqdır.


Sonda iştirak edən və qalib olan tələbələrin hər birini alqışlayır və onlara gələcək həyatlarında uğurlar arzulayırıq. Növbəti layihələrdə görüşmək ümidilə...