"Netflix" 29 avqust 1997-ci ildə Marc Randolph və Reed Hastings tərəfindən qurulmuş bir şirkətdir.



Facemark şirkətin tarixi haqqında araşdırmanı təqdim edir.

Şirkətin ilk fəaliyyət sahəsi DVD satışı və kirayəsi istiqamətində olmuşdur. Yaranmasından təxminən bir il sonra, yəni1998-ci ildə xidmətə başlamışdır. Həmin vaxt şirkətdə 30 nəfər işçi çalışırdı. Onların anbarında 925 VDV var idi və gəlirlərini bu DVD-ləri icarəyə götürməklə təmin edirdilər. 1999-cu ilin sentyabrında onlar yeni sistemə keçdilər və "Marquee" adlı aylıq ödəniş sisteminə keçdilər. "Netflix" bu dövrdən etibarən gündəlik kirayə işini dayandıracaqdı. Bu yeni sistemlə geri qaytarılma tarixi olmadan müəyyən bir ödəniş qarşılığında dörd DVD icarəyə götürməyə başladı.


2000-ci ildə "Netflix" yeni layihələr hazırlamağa davam edir. Həmin il aylıq limitsiz DVD icarə sisteminə keçir. Bu sistem sayəsində kinosevərlər ayda 19,95 dollara eyni anda dörd DVD icarəyə götürməyə başlayırlar. İllər bir-birini təqib etməyə başlayır və "Netflix" 2007-ci ilə qədər uğurlu satışlar əldə edir. Və elə həmin il internetə qədəm qoyur. Yeni sistemlə 6 saat davam edən yayımlar üçün 5,99 dollar, 18 saat davam edən yayımlara əlavə olaraq 17,99 ABŞ dolları rüsum tələb olunur. İnternetdə rəqiblərindən ən qısa zamanda fərqlənmək istəyir, lakin bu o qədər də asan olmur. 2008-ci ildə rəqib olaraq "Hulu" və "Apple"ı üstələmək üçün limitsiz yayım həyatına başlayır. Bu limitsiz yayım üçün hər saat 1 dollar ödənilməli idi.


İşlərin istədikləri kimi getdiyini görən və internet mühitinin daha aktiv olduğunu anlayan "Netflix", 2011-ci ilin may ayında "Netflix Android" tətbiqini işə salır. Şirkət fəaliyyətini Uruqvay, Braziliya, Karib dənizi, Peru, Çili, Ekvador, Boliviya, Argentina, Boliviya və Paraqvay kimi yerlərdə genişləndirir.


2013-cü ildə "Netflix" ilk orijinal məzmunu ilə izləyicilərinin qarşısına çıxır. Bu şəkildə "Netflix"in ilk seriyası olan "House of Cards" yayımlanır. Üstəlik, birinci sezonun bütün epizodları eyni vaxtda efirə çıxır. Beləliklə, bir ildən sonra 2014-cü ilin may ayında "House of Cards"ın ikinci sezonu HD formatında yayımlanır. Bu, "Netflix"in ilk HD seriyası kimi də tanınır.



2018-ci ildən sonra isə daha da tanınaraq dünyaca məşhur platforma olur.