Henley Pasport İndeksi vizasız səyahət hüququ olan ölkələrin sayına görə dünyanın ən güclü pasportlarını açıqlayıb. Demək olar ki, bütün ölkələrə vizasız gediş-gəliş təklif edən Yaponiya pasportu siyahıya başçılıq edir.


Facemark xarici xəbərə isitnadən bu haqda araşdırmanı tədim edir:


Henley Pasport İndeksinin paylaşdığı məlumatlara görə, dünyanın ən böyük iqtisadiyyatları arasında yer alan Yaponiya və Sinqapur bütün dünyanı təsir edən pandemiyadan sonra dünyanın ən güclü pasportlarına sahib ölkələr olub. Yaponiya və Sinqapur pasportu olan insanlar 192 ölkəyə vizasız gedə bilərlər.


Siyahının ikinci pilləsində 190 istiqamətə vizasız gediş-gəliş təklif edən Almaniya və Cənubi Koreyadır; Finlandiya, İtaliya, Lüksemburq və İspaniya 189 xalla üçüncü yeri bölüşürlər. 2014-cü ildə dünyanın ən güclü pasportlarına sahib iki ölkə olan ABŞ və Böyük Britaniya 186 vizasız istiqamətlə siyahının 6-cı yerini bölüşüb.


Dünyanın ən böyük iqtisadiyyatlarından biri olan Çinin pasport sıralamasında yüksəlişi davam edir. 2011-ci ildən bu yana 22 pillə yüksələn və vizasız səyahət istiqamətlərinin sayını 40-dan 80-ə yüksəldən Çin dünyanın 64-cü ən güclü pasportuna sahibdir.


Yaxın Şərqin ən diqqət çəkən ölkələrindən biri olan Birləşmiş Ərəb Əmirlikləri son 10 ildə inanılmaz yüksəlişlə 65-ci yerdən 15-ci yerə yüksəlib. Hazırda BƏƏ pasportu ilə 175 istiqamətə vizasız səyahət etmək mümkündür.


Dünyanın ən güclü pasportları:


1.Yaponiya, Sinqapur (192)


2. Almaniya, Cənubi Koreya (190)


3. Finlandiya, İtaliya, Lüksemburq, İspaniya (189)


4. Avstriya, Danimarka, Fransa, Hollandiya, İsveç (188)


5. İrlandiya, Portuqaliya (187


6. Belçika, Yeni Zelandiya, Norveç, İsveçrə, Böyük Britaniya, ABŞ (186)


7. Avstraliya, Kanada, Çexiya, Yunanıstan, Malta (185)


8. Macarıstan, Polşa (183)


9. Litva, Slovakiya (182)


10.Estoniya, Litva, Sloveniya (181)