Bir qrup alim insan beyninin strukturunu tədqiq etməklə bioloji optimallaşdırmanın iş prinsipini izah etmək yolunu tapıb. Tədqiqat işi "Communications Biology" elmi jurnalında dərc olunub.
Facemark xarici xəbərə istinadən xəbər verir ki, alimlər bildiriblər ki, bu tədqiqatlardan əldə edilən məlumatlar düşüncə pozğunluqları səbəbindən pozulmuş beyin funksiyalarını təhlil etmək və hətta süni intellekt texnologiyasında neyron şəbəkələri yaratmaq üçün istifadə edilə bilər.
Tədqiqat rəhbəri Takuya Isomura: "Bizim tapıntılarımız sübut etdi ki, neyron şəbəkəsi beynin universal xarakteristikası təmin edən sərbəst enerji prinsipinə uyğun bir agent kimi istifadə edilə bilər" deyə bildirib.