Facemark.az Lütfi Zadə Texnologiya Mərkəzinin CEO-su İmran Bağırov ilə müsahibəni təqdim edir.



1. Sadə dildə desək, kovörkinq nədir?


Kovörkinq - fərqli peşəkarların, fərqli şirkət işçilərinin bir arada istifadə edə bildikləri tam təchiz olunmuş peşəkar ofis mühitinin xidmət olaraq təqdim olunmasıdır. Müasir internet dünyasında çalışma məkanının əhəmiyyəti getdikcə azalır. Belə halda birlikdə işləyənlərin fiziki olaraq bir məkana bağlılığı əvəzinə hərkəsin dəyər qazandığı məkanlara üz tutması tendensiyası inkişaf edir.


2. Statistika göstərir ki, kovörkinq məkanlarında olan insanlar ənənəvi ofis mühitlərindəki insanlardan 74% daha məhsuldar və 70% daha sağlamdırlar. Buna səbəb nədir? Kovörkinq məkanları digər ofislərdən nə ilə fərqlənir?

Hərkəsin işə fokuslana bilməsi, ofis daxili siyasətdən uzaq olma (office politics), fərqli və eyni sahə peşəkarları ilə ortaq işlər görə bilmə, onlardan öyrənmə, paylaşma və dəyər qazanma kimi bir çox faydaları mövcuddur. Belə məkanlarda insanlar bir biri ilə icma daxili əlaqələr quraraq öz bizneslərini daha da çox irəli apara bilirlər.
Kovörkinq mərkəzlərinin əsas məqsədi peşəkarlara tam təchizatlı ofis şəraiti vermək və onları doğru insanlarla tanış etməklə daha çox nəticə əldə etmələrinə şərait yaratmaqdır. Normal ofislərdə məqsəd bu olmur. Sahə ayrılır və unudulur. Eyni zamanda klassik ofislər hesablandığında daha baha başa gəlir (internet, kofe, çay, printer və s servisləri əlavə ödənilməlidir).


3. Kovörkinqin mənfi və müsbət tərəfləri haqqında nələr deyə bilərsiniz?

Kovörkinqdən maksimum fayda qazanmaq üçün sosiallaşmaq çox önəmlidir. Bəzi insanlarda sosiallaşma bacarıqları zəif olduğu üçün onlara cəlbedici gəlməyə bilər. Müsbət tərəfləri isə daha çoxdur. Şirkətlər öz ofislərini tərk edib kovorkinq seçərkən elastiklik onlara çox cəlbedici gəlir. Məsələn işçi sayısını istədikləri formada artırıb azalda bilmələri onlara qənaət edir. Eyni zamanda peşəkarlar, startapçılar, frilanserlər burada yer götürməklə xərclərinə qənaət edə bilirlər.


4. Bir Kovörkinq mərkəzi açmaq üçün nələr olmalıdır? Mərkəzlərdə qiymət nəyə əsasən təyin olunur?

Məkan, komanda, idarəetmə sistemi və büdcə. Qiymətlərin təyin olunması tələb və təklifə əsasən formalaşır. Önəmli rol oynayan amillər məkan, xidmətlər, yerin özünün xüsusiyyətləri (qapalı, açıq, ofis, qaynar masa və s), və zamandır. Eyni zamanda öncədən ödənilmə halında edilən endirimlər var ki, bunlar da təşviq edirlər ki, istifadəçilər daha uzun müddətli müqavilə bağlayıb ödəniş etsinlər.


5. Azərbaycanda bu anlayış kifayət qədər maraq görür mü? Və ya daha çox maraq görməsi, daha çox yayılması üçün nələr edilməlidir?

Bəli, Azərbaycanda bu anlayış kifayət qədər maraq gördü. Məhz bunun nəticəsində mərkəz açıldıqdan sonra ilk 6 ay ərzində sahələr artıq rezidentlərin istifadəsində idi.


Şirkətlər öz xərclərini hesablasalar kovörkinq xidmətlərindən istifadənin iqtisadi cəhətdən nə qədər faydalı olduğunu anlayacaqlar.



6. Sizcə kovörkinq ideyası daha da təlabət görəcək, yoxsa zamanla silinib gedəcək?


Daha çox tələb görəcək. Şübhəsiz. Bütün dünyada necədirsə bizdə də elədir. Hər il artdıqca artır.


7. Kovörkinq və start up mədəniyyətləri haqqında nə deyə bilərsiniz?



Əgər siz bir startapsınızsa başlaya biləcəyiniz ideal məkan məhz kovörkinqdir. Çünki, sizə lazım olan tam təchizatlı xidmət və sizə dəstək ola biləcək icma məhz buradadır. Eyni zamanda sizin xərcləmələriniz kontrolda olacaq, əlavə məsələlər sizin zamanınız almayacaqdır.


8. Azərbaycanda hansı kovörkinq mərkəzlərini göstərə bilərsiniz? Bizim şəhərdə kovörkinqlər sərfəlidirmi?



"Lütfi Zadə Texnologiya Mərkəzi'', ''Colab'', ''İnnoland'' və s. Bəli bizim şəhərdə kovörkinqlər sərfəlidir. Ofis ilə müqayisədə insanlar daha çox qənaət edə bilirlər.


9. Yeni biznesə başlayanların ilk ofisinin kovörkinq olması düzgündürmü?

Bəli düzgündür.


10. Kovörkinqlər dünyada geniş yayılsa da, əslində bəzi şəhərlərdə o qədər də məşhur deyillər. Buna səbəb nədir?

O şəhərlər ki, onlarda texnologiya, startap ekosistemi və İT biznesi inkişaf edir orada kovörkinqlər hökmən məşhur olur. Başqa yolu yoxdur.