Facemark.az Könül Əliyevanın ''Kouçvari liderlik modellərinin qısa təsnifatı'' mövzusunda məqaləsini təqdim edir.


Bu gün lider idarəçilər və kouçvari liderlik tərzli idarəçilər şirkətlərin ən əhəmiyyətli resursu halına gəlib. Bu mərhələdə artıq təşkilatlar daha çox idarəçilərini liderlik bacarıqlarının inkişafı proqramlarına tabe tuturlar. Kouçvari yanaşma da bu təlim proqramlarının ayrılmaz hissəsidir. Kouçluq yanaşması ilə liderlik edən idarəçilər komandası ilə keçirilən performans görüşləri, keçmiş dövrün dəyərləndirməsi ilə yanaşı, gələcəktə gəlmək istədikləri yerin və o yerlərə çatmaq üçün atılacaq addımların, inkişaf etdirilməsinə ehtiyac olan bacarıqların müəyyən edilməsi istiqamətində aparılır. Burada əhəmiyyətli olan əməkdaşa gələcək hədəflərinin və atacağı addımların məsuliyyətinin özündə olduğunu hiss etdirməkdir.


Bu kimi hallarda lider komanda üzvlərinin yetkinlik səviyyələrinə uyğun olaraq öz liderlik tərzində də çevik davranır. Məsələn, əməkdaşın yetkinliyi artdıqca yönləndirən, istiqamətləndirən liderdən, fərqli səviyyələrdə dəstəkləyən, təşfiq edən liderə çevrilir.


1-ci səviyyə liderlik – mentorluq: İşi ötürmə mərhələsidir.


  • Vəzifə təlimatlarını ətraflı izah edin
  • Hədəf verin
  • Gözlədiyiniz performansı açıq izah edin və qarşılıqlı razılaşın
  • Prosesi öyrədin, məlumat verin, izah edin
  • Gedişat üzrə kiçik tapşırıqlar verin və yaxından izləyin

2-ci səviyyə liderlik – kouçluq mərhələsinin başlanğıcı: İstiqamətləndirən lider.


  • Əməkdaşın sual verməsini təşfiq edin
  • Sual verin, sağ beyni işləməyə, yaradıcı düşünməyə, təklif verməyə təşfiq edin
  • Təkliflərini dinləyin, təkmilləşdirməsinə dəstək olun
  • Xətalardan dərs çıxarmasını təmin edin
  • Məsafədən izləyin

3-ci səviyyə liderlik – kouçluq: Fəaliyyətə keçirmə və qərarlaşdırma mərhələsidir.


  • Motivasiya edin, cəsarətləndirin
  • Müvəffəqiyyətlərini, kiçik belə olsa uğurlarını görün və təqdir edin
  • Təklif istəyin
  • Qərar vermə prosesinin içinə alın
  • Nəzarəti azaldın, özdəyərləndirməyə təşfiq edin

4-cü səviyyə liderlik – kouçvari liderlik: Səlahiyyətlərin ötürülməsi mərhələsidir.


  • Azad buraxın
  • Təqdir edin
  • Özünü təftişi təmin edin
  • Yeni vəzifələr verin

Gördüyünüz kimi, kouçvari liderlik prosesi mərhələli şəkildə başlayır. Yəni hər bir fərdin vəzifə öhdəlikləri, tutduğu vəzifə, səlahiyyətləri, yetkinliyi və potensialı nəzərə alınaraq liderlik modelləri tətbiq edilir. Eyni əməkdaşa səriştəli olduğu bir işdə sadəcə kouçvari liderlik etmək yetərlidirsə, yeni başlayacağı vəzifədə, yeni sahədə mentorluq etmək faydalı olacaq. Təcrübəli insanlara isə sadəcə suallarla yaradıcı həllər, alternativlər yaratmaqla kömək etmək olar.


Günümüzdə liderlərdən ən çox gözlənilənlər - əməkdaşlarını ortaq dəyərlər ətrafında toplamaq, onların inkişafına dəstək olmaq, güclü tərəflərini təqdir etmək və inkişafa açıq tərəflərini təkmilləşdirməyə təşfiq etməkdir. Bu tələbin qarşılanmasını isə müxtəlif kouçluq alətlərini tətbiq etməklə sahiblənmək daha faydalı olacaq.


Kouçvari liderlik bacarıqlarını əldə etmək üçün BMS və ''İnsight House''a müraciət edə bilərsiniz.



''Kouçvari liderlik ilə liderliyin fərqi'' mövzusunda FMR TV-nin canlı yayımını izləyə bilərsiniz.


Canlı yayımda “Future Bright İnternational” şirkətinin Azərbaycan üzrə ölkə direktoru Könül Əliyeva, “British Council” Azərbaycan filialı | İmtahanlar şöbəsi biznesin inkişafı üzrə meneceri Nərgiz Əkbərova, BMS həmtəsisçi, direktoru Elvin Cabay və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyində layihə rəhbəri Xanım Şabanova ilə birlikdə “Kouçvari liderlik ilə liderliyin fərqi” mövzusu müzakirə edilib.