Çox iştirakçılı səsli söhbətlərdə yaşanan problemlər yeni interfeyslə həll ediləcək.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, ən çox istifadə edilən mesajlaşma proqramı olan ''WhatsApp'' zaman zaman istifadəçilərinə bəzi problemlər yarada bilir. Xüsusilə çox iştirakçılı səsli söhbətlərdə mövcud olan interfeys səbəbiylə yaşanan problemlər istifadəçiləri bezdirə bilər. ''WhatsApp''ın uzun müddətdir üzərində işlədiyi və bu problemi həll etmək üçün hazırladığı interfeysin yeni ekran görüntüləri səsli zənglərin indi necə görünəcəyini göstərir.



22.5.0.70 versiyası ilə gələcək yeni dizaynın görünüşü indikindən xeyli fərqli görünür. Yalnız bir neçə beta istifadəçiyə təklif edilən dizaynda yeni xüsusiyyətlər də var. Yeni interfeysdə ani səsə inteqrasiya olunmuş dalğalar sayəsində hansı iştirakçının nə vaxt danışdığını asanlıqla anlaya biləcəyik. İstifadəçilərin səsli söhbətləri daha asan idarə etmələrini təmin edəcək bu interfeys artıq kimin mikrofonunda problem olduğunu asanlıqla öyrənməyə imkan verəcək.


Yaxın gələcəkdə bütün istifadəçilərin istifadəsinə verilməsini gözlədiyimiz bu funksiya istifadəni asanlaşdıracaq.