Azərbaycan yeni Apple iPhone 5 smartfonunun rəsmi satışlarını başlayan MDB məkanında ilk ölkə oldu. Azərbaycanda ilk rəsmi satışlar ümümdunya satışlarından cəmi iki gün sonra başladı. İlk 100 "Apple iPhone 5" smartfonu "Alma Store", "World Telecom", "İrshad Telecom", "DNS", "NLT", "Computex" və s. yüksək texnoloji avadanlıqlar üzrə ixtisaslaşan şəbəkələr tərəfindən rəsmi satışlar başlanandan cəmi 15 dəqiqə ərzində satıldı.
"Apple iPhone 5" smartfonunun Azərbaycanda rəsmi distribüsiyası ilə məşğul olan "Caspian Mobile" şirkətinin nümayəndəsi İlyas Əhmədovun bildirdiyinə görə, yeni modelin yalnız nano sim-kartları ilə istismar olunduğunu nəzərə alaraq "Caspian Mobile" tərəfindən smartfonun satışları ilə məşğul olan ilk beş dilerə sim-kartı nano sim-karta çevirən qurğu hədiyyə olundu.
"Hazırda Azərbaycanda rəsmi satılmış bütün "Apple iPhone 5" smartfonları heç bir texniki problemlə üzləşmədən istismar olunur. Artıq Azərbaycana rəsmi satışlar üçün təqdim olunmuş smartfon partiyası satılmışdır", - deyə şirkət nümayəndəsi bildirdi.