Pandemiya səbəbindən bir çox müəssisələr iş üsullarını və yerlərini yenidən qiymətləndirməli, hətta bizneslərini dəyişdirməli oldular. Bu transformasiya ilə gələn hibrid iş sistemində hər kəsin qarşılıqlı əlaqədə olması üçün çeviklik və tarazlığın birgə mövcud olması vacibdir. Beləliklə, qarışıq iş mühitlərində birgə iş bərabərliyini təmin etmək üçün əsaslar hansılardır?


Facemark.az xarici mənbəyə istinadən "Hibrid iş modelində bərabərlik necə təmin edilməlidir?" mövzusunda araşdırma yazını təqdim edir.


Hibrid iş mühiti modeli də ənənəvi versiyada olduğu kimi, işçilərin ofisdə çalışmasını nəzərdə tutur, ancaq bu zaman onların hər gün ofisə getməsinə ehtiyac yoxdur.


Ofisdə və ya ofisdən kənarda işləmək işçinin uğur səviyyəsinə təsir etməməlidir. Bundan əlavə, hibrid modellərdə sosial, institusional və texnoloji problemlərə daha çox diqqət yetirilməlidir.


Hibrid iş mühitinizdə bərabərliyi necə təmin etmək olar?


1. İşçilərin təmsilçiliyi ilə başlayın. Hər bir işçini görmək və eşitmək mümkündürmü? Onların adekvat şəkildə təmsil oluna biləcək alətləri, texnologiyaları və cihazları varmı?


2. Hər kəsin iştirakını təmin edin. Hər kəsə danışmaq, fikrini bildirmək imkanı verilirmi? İşçilərin sözünü deməsi üçün hansı vasitələr var? İşçilərin bəyanatları necə qəbul edilir və ya həyata keçirilir?


3. Məlumatlar paylaşın. İşçilərin işlərini yerinə yetirmək üçün lazım olan bütün məlumatlara çıxışı varmı? Sərbəst informasiya axını varmı?


4. Fəaliyyətlərə görə deyil, nəticələrə görə mükafat verin. İş yerinə yetirildiyi müddətdə işçinin iş üsulu və yerinə fərdi üstünlük verməsi əhəmiyyət kəsb etməməlidir.


Hibrid iş modelinin tətbiqi o demək deyil ki, işçilərin rəhbərlərindən tamamilə müstəqilliyi təmin edilir. O da həmçinin real səslənmir ki, işçilər bu yeni modelə dərhal uyğunlaşsın. Odur ki, müəssisələr sözügedən yeniliklərlə bağlı əməkdaşlarını düzgün istiqamətləndirməli və onları yeni mühitdə uğurlu olmaq üçün şəffaflıqla məlumatlandırmalıdırlar.