Yeni rəqəmsal valyutanın "Meta"nın gəlir mənbələrini diversifikasiya etmək olduğu düşünülür.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "Meta", sahib olduğu proqramlar arasında istifadə edilə bilən rəqəmsal valyuta üzərində işləyir.


Bildirilir ki, bu valyuta blokçeynə qoşulmayacaq, lakin daha çox oyundaxili alış-verişi təmin edən virtual valyutalara oxşaya bilər. Məlum olduğu kimi, belə virtual valyutalar real pulla alına bilər və müxtəlif oyundaxili və ya tətbiqdaxili funksiyaların kilidini açmaq və aktivlər əldə etmək üçün istifadə olunur.


"Meta"nın həmçinin İnstaqram məzmun istehsalçılarını dəstəkləmək və "Facebook" qruplarına töhfə vermək istəyən istifadəçilər üçün virtual token üzərində işlədiyi deyilir.