Noyabrın 21-nə Mərkəzi Bankın açıqladığı rəsmi dollar/manat məzənnəsi noyabrn 20-si ilə müqayisədə dəyişməyərək 1,7002 manat olub.



Facemark.az Mərkəzi Banka istinadən xəbər verir ki, avro/manat məzənnəsi 1,9959 manata qalxıb, rubl/manat məzənəsi isə 0,0287 manatda qalıb.



Noyabrın 20-də rəsmi olaraq 1 dollar 1,7002 manata, 1 avro isə 1,9941 manata, 1 rubl 0,0287 manata bərabər idi.



Qeyd edək ki, bu gün Mərkəzi Bankda valyuta hərracının keçiriləcəyi gözlənilir.