Kriptovalyuta bazarının əhəmiyyətli adlarından biri olan Michael Novogratz, ABŞ Federal Ehtiyat Sisteminin (FED) sərtləşməyə fasilə verdiyi zaman bitkoin-in yenidən yüksələcəyini proqnozlaşdırıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, martın son günlərində 48 min dolları keçən bitkoin yenidən ucuzlaşaraq 43 min dollara düşüb. Rusiyanın Ukraynaya hücumundan sonra Qərbin gətirdiyi sanksiyaları aradan qaldırmaq üçün kriptovalyutalara doğru atılan addımlar bitkoinin yüksəlməsində təsirli olub.


Aprel ayı ilə birlikdə düşməyə başlayan bitkoin dünən FED protokollarından gələn sərtləşdirmə mesajlarından mənfi təsirlənib.


Novoqratz, iqtisadiyyatın yavaşlaması halında FED-in sərtləşdirmədən geri addım atacağını və bunun da təsiri ilə bitkoin-in “Aya gedəcəyini” bildirib.