"YouTube", "TikTok"un şaquli video sahəsində uğurundan sonra platformaya əlavə etdiyi "Shorts" adlı qısa video formatına sosial media istifadəçilərinin "TikTok"dan tanış olduğu bir xüsusiyyət əlavə edir.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, qısa film istehsalçıları bu funksiya əlavə edildikdən sonra remiks icazələri ilə "YouTube" videolarından beş saniyəyə qədər olan kliplərdən istifadə edə biləcəklər. Önümüzdəki həftələrdə iOS-da istifadəyə veriləcək bu xüsusiyyət il ərzində "YouTube Android" tətbiqinə də əlavə olunacaq.


"YouTube" videolarında olan səsləri "Shorts" videolarında istifadə etmək imkanı keçən il platformaya əlavə edilib. Artıq mövcud məzmundan "Shorts"Videolarının Shorts-da istifadə olunmasını istəməyən YouTube istifadəçilərinin onları bloklamaq imkanı olacaq. yaratmaq istəyən istifadəçilər videoların altındakı "Yarat" düyməsini sıxdıqdan sonra bəzi videolardan və ya onların audiolarından istifadə edə biləcəklər. Qısa videoları remiks etmək üçün eyni seçimə ekrandakı üç nöqtəyə basmaqla daxil olmaq olar.


Videolarının "Shorts"da istifadə olunmasını istəməyən "YouTube" istifadəçilərinin onları bloklamaq imkanı olacaq.