Uzun müddətdir TikTok ilə rəqabətdə olan İnstaqram, strukturuna yeni funksiya əlavə etməyə hazırlaşır.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, TikTok-un məşhurlaşması bəzi ziddiyyətlərin yaranmasına səbəb olub. Bir çox istifadəçinin İnstaqramda TikTok videolarını paylaşdığını görürük. İnstaqram da son bir neçə gündə TikTok videolarını azaltmaq üçün işə başlayıb. Beta istifadəçiləri üçün açıq olan xüsusiyyətin yaxın günlərdə bütün istifadəçilər üçün əlçatan olacağı gözlənilir.
İnstaqram TikTok-un post sabitləmə funksiyasını sınaqdan keçirməyə başlayıb. Bu funksiya ilə istifadəçilər profillərinin yuxarı hissəsində istədikləri postu sabitləyə biləcəklər. Yeni funksiya ilə siz sevdiyiniz və ya ən özəl anlarınızı profilinizin yuxarısına sabitləyib, digər paylaşımlarınızdan ayıra biləcəksiniz.