Məzmun istehsalçılarına gəlir əldə etmək üçün müxtəlif üsullar tətbiq edən "YouTube", "Super Thanks" kimi tanınan dəstək proqramını genişləndirmək qərarına gəlib.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "Super Thanks" izləyicilərə videoya baxarkən yaradıcıya 2 və 50 dollar arasında dəstək olmağa imkan verir. Keçən il elan edilən və beta versiyası ilə istifadə edilən bu funksiya indi 68 ölkədə bütün "YouTube Partnyor" məzmun istehsalçıları üçün əlçatandır.


"Super Thanks" funksiyasından əlavə, "YouTube" istifadəçilərə canlı yayımlar zamanı etdikləri şərhləri söhbət ekranına sabitləməyə imkan verən "Super Chat" və "Super Stickers" funksiyası ilə məzmun istehsalçılarına daha çox gəlir əldə etməyi hədəfləyir.