"TikTok" istifadəçilərin platformada oyun oynaması üçün testlər keçirir.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "TikTok"un platformada oyun oynamasına icazə verilməsi reklam gəlirlərini artırmaqla yanaşı, ayda 1 milyarddan çox aktiv istifadəçisi olan dünyanın ən populyar tətbiqində istifadəçilərə daha çox vaxt sərf etməyə imkan verəcək. Məlumata əsasən, "TikTok" "Zynga Inc" ilə birgə oyunlar istehsal edəcək.
Şirkət sadə oyun mexanizmləri və mini oyunlarla yeni dünyaya addımlayacaq.