Dünyanın hər yerindən reklamçılar, agentliklər və marketinq kommunikasiyası üzrə peşəkarların bir araya gəldiyi Avropanın ən nüfuzlu yaradıcılıq festivallarından biri olan "Golden Drum" üçün erkən qeydiyyat davam edir.
Facemark.az rəsmi mənbəyə istinadən xəbər verir ki, Beynəlxalq Yaradıcılıq Festivalına son müraciət tarixi 5 avqust 2022-ci ildir. Erkən qeydiyyatdan yararlanmaq istəyənlər 10 iyun 2022-ci il tarixinədək müraciət edə bilərlər!
1 sentyabr 2021-ci il və 5 avqust 2022-ci il tarixləri arasında dərc edilmiş bütün əsərlər müsabiqədə iştirak edə biləcək. "One-Channel Drum", "Omni-Channel Drum", "Craft Drum", "Creative Business" "Excellence Drum" başlıqlı ana başlıq və "All Juries" adlı 4 əsas bölmədən ibarət olan "Golden Drum", bu il agentlikləri reklamçılar;, müştəriləri, 36 ölkədən media şirkətlərini dəvət edir.
Eyni zamanda 2022-ci ildə "Golden Drum" "Little Black Book" ilə tərəfdaşlığını genişləndirərək, bütün Qran Pri qaliblərinə "The Immortal Awards"da birbaşa və ödənişsiz iştirak etməyə imkan verir.