"Marketing Meetup2022"nin spikerləri bəlli olmağa davam edir.


Facemark.az "Marketing Meetup2022" festivalının media tərəfdaşı olaraq məlumat verir ki, festivalın builki mövzusu "Human X.0" olaraq təyin olunan yeni görüşündə iştirak edəcək spikerlər müəyyənləşməyə başlayıb. "Marketing Meetup 2022" mərhələsində məruzəçi kimi iştirak edəcək şəxs "140journos"un qurucusu Engin Önderdir.


Məşhur yeni media nəşriyyatı "140journos"un qurucusu Engin Önder, yaşadığı coğrafiyanı anlamaq və anlatmaq üçün kommunikasiya dizaynı və reklamı oxuyarkən kiçik yaşlarından başladığı peşəkar karyerasını media sektorunda davam etdirir.


2014-cü ildə "World Press Photo Multimedia Long Feature" kateqoriyasında komandası ilə birinci yeri qazanan Engin Öndər, "TIME" jurnalında gələcək nəslin liderlərindən biri kimi göstərilən "Türkiyədə jurnalistikanı dəyişən adam" seçilib. "Harvard", "Kolumbiya", "Princeton", "Northwestern", "King's College", "Lund" və "SXSW Interactive" kimi bir çox nüfuzlu akademiyalarda mühazirələr oxumuşdur. Engin Önder hazırda 2 milyon izləyicisi olan Türkiyənin məşhur yeni media nəşriyyatı olan "140journos"un prodüseridir.


Klinik Psixoloq Hilal Bebek "Marketing Meetup" səhnəsində!


"Marketing Meetup 2022" mərhələsində iştirak edəcək digər spiker Klinik Psixoloq Hilal Bebekdir.


Uludağ Universitetində Psixologiya üzrə bakalavr dərəcəsini tamamlayan Hilal Bebek, Okan Universitetində Klinik Psixologiya üzrə Magistr dərəcəsini tamamlayıb. O, hələ də Arel Universitetində Klinik Psixologiya üzrə PhD dərəcəsini davam etdirir və tərəfdaşı olduğu İkon Psixiatriyasında psixoterapevt kimi işləməyə davam edir.


Son illərdə işini Metacognitive Therapy üzərində cəmləşdirən Hilal Bebek, ilk növbədə təlim və nəzarət üzrə Koqnitiv Davranış Terapiyaları alıb. O, 2016-cı ildə Metkoqnitiv Terapiya Assosiasiyasını təsis edib və hələ də bu sahədə işlərini davam etdirir.