Facebook” sosial şəbəkəsinin aylıq auditoriyası 1 milyardı ötdü. Bu barədə oktyabrın 4-də ''Mark Zukerberq'' məlumat verib. O, yaratdığı sosial şəbəkənin nə vaxtsa bütün dünyanı əhatə edəcəyi ilə bağlı ümidini ifadə edib.
“Facebook”un dərc etdiyi sənəddə (.docx) resursla bağlı əsas statistika qeyd edilib. Məsələn, indiyədək sosial şəbəkəyə 219 milyard ədəd foto yükləyiblər və 62,6 milyon mahnı 22 milyard dəfə dinlənilib və 17 billion dəfə ''location check-ins'' əlavə olunub. 2009-cu ilin fevralında istifadəyə verilən “Like” düyməsi 1,13 trilyon dəfə sıxılıb. Qeyd edək ki, “Facebook” sosial şəbəkəsi 2004-cü ildə istifadəyə verilib.