Brauzerlər axtardığımızı tapmaqda bizə böyük köməklik göstərir.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir. "Apple" internet brauzeri "Safari" istifadəçilər üçün axtardıqlarını tapmaqda ən faydalı brauzerlərdən birinə çevrilib. Bu, "Safari"yə "Chrome"dan sonra 1 milyard istifadəçi yükləmə həddini keçən ilk brauzer olmağa imkan verib.
Masaüstü versiyasında "Chrome" hələ də 66,1% istifadəçi nisbəti ilə ən çox seçilən brauzerdir; onun ən yaxın rəqibi "Microsoft Edge" 10,11%, Safari isə 9,16% istifadəçi faizinə malikdir. Desktop versiyaları üçün qalan faizlər "Mozilla Firefox" üçün 7,66%, "Opera" üçün isə 2,81% təşkil edir. Daha bir maraqlı məlumatı odur ki, "Internet Explorer"in hələ də 1,68% istifadə nisbəti var.
Ən çox istifadəçisi olan mobil brauzerləri təqdim edirik:
1.Google Chrome - %64,83 (+1,26)
2. Safari - %24,77 (-0,05)
3. Samsung İnternet - %4.84 (-0.06)
4. Opera - %1,72 (-0,16) UC
5. UC Browser - %1,25 (-0,16)
Ən çox istifadəçisi olan masaüstü brauzerlər:
1. Google Chrome - %66,1 (-0,57)
2. Microsoft Edge - .11 (+0.04)
3. Safari - %9,16 (-0,46)
4. Mozilla Firefox - %7.66 (-0.21)
5. Opera - %2.81 (+0.37)