Facemark.az Teymur Məmmədovun "Axın - axın, təbiətə daha yaxın" adlı yeni yazısını təqdim edir!


Sağlamlıq turizmi dinamik inkişafda olan qlobal və gəlirli sənaye sahələrindəndir. Sözü gedən bazarda xidmətlərin və markaların çeşidi intensiv olaraq artır. Sağlamlıq turlarının çoğrafiyası da durmadan genişlənir. Bu da təsadüfi deyildir. Sağlamlıq turlarının son illərdə geniş vüsət almışı zamanın tələbidir. Amma qədimdə turizm adlanmasa da, bu tip təbii müalicənin istirahətlə əlaqələndirilməsi təcrübəsinin kökü qədimlərə gedib çıxır. Əslində burada təəccüblü bir şey yoxdur.


Sadəcə olaraq müasir insanların istirahətin və müalicənin bu sınanılmış formatına marağı getdikcə daha geniş vüsət alır. Kurortda və ya sanatoriyada istirahətin və müxtəlif xəstəliklərin müalicəsi də formaca yeni deyildir. Gündəlik həyatda intensiv və davamlı müalicəyə zaman olmur, iş insanların vaxtının çoxunu alır. Odur ki, məzuniyyət dövründə istirahət və müalicənin üzvi vəhdəti effektiv təsir göstərir və səmərəli nəticə verir.





Yuxarıda dediyimiz kimi, sağlamlıq turizminin (əvvəllər turizm adlanmırdı) mənşəyi uzaq keçmişə gedib çıxır. Axı insanlar mineral sudan və ya müxtəlif palçıqlardan istifadəni çoxdan öyrənmişlər. Müasir dövrdə isə həmin qaynaqların və müalicəvi palçıq mənbələrinin olduğu məkanların ətrafında sanatoriyalar tikilib istifadəyə verilib.


İxtisaslaşmış aparıcı turoperator şirkətlər də məşhur kurortda həm dincəlmək, həm də müxtəlif tibbi prosedurların həyata keçirilməsi üçün kompleks proqram hazırlayıblar. Bu proqramların gerçəkləşməsi üçün zəruri maddi-texniki baza yaratmlşlar.


Sağlamlıq turlarının qiymətləri tələb və təklif əsasında formalaşır. Təbii ki, markalaşan məşhur sağlamlıq kurortlarına gəlmək daha baha qiymətə başa gələ bilər. Bu da ilin müvsümi və pik vaxtlarına bağlı olur və fərqlidir.


Ən qədim istirahət növlərindən biri olan sağlamlıq turizmi son illərdə təbii olaraq xüsusi populyarlıq qazanmışdır, bu tendensiya daha geniş miqyas alacaq, əhalinin müxtəlif təbəqələrini öz orbitinə cəlb edəcəkdir. Çünki insanlar öz sağlamlıqları barədə daha ciddi düşünməyə başlamışlar.


Sağlamlıq turizminin məqsəd və vəzifələri çoxşaxəli deyil, amma optimallamışdır. Burada başlıca faktor turizmin inkişaf etdirildiyi ölkənin özünəməxsus özəllikləri və və real resursları əsas rol oynayır. Sağlamlıq turizminin başlıca hədəfi yaxşı istirahətdir. Həyat gərgin və dinamikdir, həmişə harasa tələsirik. Zamanımız bütün planlanan işlərin yerinə yetirilməsinə kifayət etmir. Bəlkə də biz zamanımız düzgün idarə edə bilmirik. Hər halda vaxt gərginliyi səhhətimizə də təsirsiz qalmır.


Sağlamlıq turunun ikinci hədəfi insan orqanizminin bərpasıdır. Bunu deyəndə biz, ilk növbədə, gücün bərpasını, gərginliyi və stressi aradan qaldırmağı düşünürük. Məqsəd bədənin normal və fəal vəziyyətə qayıtmasına imkan verən digər prosedurları həyat keçirməyi nəzərdə tutur.





Sağlamlıq turlarından gözlənilən üçüncü nəticə mövcud xəstəliklərin müalicəsi və ilkin mərhələdə onların qarşısının alınmasından ibarətdir. Əslində ən yaxşı müalicə həmişə ilkin mərhələdə xəstəlini önlənməsi, qarşısının alınmasıdır. Digər halda, yəni əgər xəstəlik müayinədə özünü göstəribsə, təbiidir ki, müvafiq tibbi müalicə kursundan keçmək zəruridir.


Mütəxəssislər təsdiq edirlər ki, balneoloji sağlamlıq turu vacibdir. Bu qəbildən olan kurortlara səfər etmək məqsədəuyğundur. Sağlamlıq turizminin ən populyar növlərindən biri kimi balneoterapiya əsasən müxtəlif növ mineral sulardan səmərəli istifadə prosedurlarına aiddir. Mineral suların tərkibindəki duzlar, efir yağları, müxtəlif yosunlar və sairə əlavələr insan orqanizminə faydalı təsir göstərir, xəstəliklərin aradan qaldırılmasının optimal vasitəsinə çevrilir, insan orqanizminin özünübərpasına müsbət təsir göstərir.Onu da qeyd edək ki, balneoloji kurortlarda müalicə xüsusilə sinir və endokrin xəstəlikləri, eləcə də ürək və qan damarları ilə bağlı problemlərin aradan qaldırılması üçün faydalıdır.


Palçıqla müalicə turları da həmişə əhali arasında popular olmuşdur. Bunun kökləri tarixin qədim qatlarından qaynaqlanır. Çünki bəzi palçıq növlərinin müalicəvi xüsusiyyətləri çoxdan məlumdur. İnsanlar əsrlər boyu onların müalicəvi keyfiyyətlərindən bəsit səviyyədə də olsa faydalanmışılar. Bu qəbildən olan palçığın tərkibində olan müxtəlif vitaminlər və mikroelementlər vardır. Onlar insan orqanizminə, ilk növbədə onun dərisinə faydalı təsir göstərir. Müalicəvi palçıqdan istifadə məqsədilə tibbi proqramlar təklif edən ixtisaslaşmış kurortlar sinir və endokrin sistemi xəstəlikləri üçün xüsusilə faydalıdır. Dünyada və ölkəmizdə palçıq müalicəsi xidmətləri təklif edən kurort və sanatoriyaların sayı kifayət qədər çoxdur. Hər il yeni mənbələr aşkarlanır, analizlər aparılır və belə mənbələr sağlalmlıq turizmin çərçivəsinə daxil edilir.


İqlim sağlamlıq turu də özünəməxsus seçimdir. İnsan iqlim dəyişikliyi sayəsində, dava-dərmansız belə, müxtəlif xəstəliklərin müalicəsinə nail ola biliər. Bu, təbii meteoroloji amillərin müalicə üçün məqsədyönlü şəkildə istifadəsini nəzərdə tutur. Gözləntilərin məğzi temperaturun, rütubətin, havanın, bitki örtüyü, bir sözlə, təbiətin toplumundan ninsanın səmərəli faydalanmasından ibarətdir. Bu parametrlərin optimal kombinasiyası yeni turizm növünün – iqlim sağlamlığının formalaşmasına zəmin yaradır. İqlim turu kurortlarına sağlamlıq səfərləri stressi aradan qaldırmağa imkan verir. Eyni zamanda, tənəffüs və qan dövranı sistemlərinin fəaliyyəti normallaşır, xəstəliklərə qarşı müqavimət qabiliyyəti yüksəlir.


Azərbaycan ərazisində çoxlu sayda təbii zonalar və insanlar üçün son dərəcə faydalı olan müalicıəvi iqlim bölgələri var. Buna görə də sağlamlıq turizminin bütün növlərini stimullaşdırmaq önəmlidir.





Söylədiklərimiz onu deməyə əsas verir ki, sağlamlıq turizminin əhəmiyyəti şəksizdir. Onun kütlə arasında nüfuz tendensiyası artmağa meyillidir.


İkincisi, sağlamlıq turizmi insanı xəstə olaraq tanımır, hər kəsin güc və enerjisinin bərpasının təbiiliyini və zəruriliyini nəzərdə tutur.


Üçüncüsü, sağlamlıq turları insanın təbiətlə ünsiyyətinə stimul verir, onu əməyə və sosial aktivliyə ruhlandırır.


Dördüncüsü, texnoloji inkişaf fonunda mövcud psixoloji və fiziki gərginliyin istirahət proqramı çərçivəsində aradn qaldırılmasına təkan verir. Sağlamlıq turlarında insan həyatdan zövq almağa başlayır, onun təbiətə sevgisi artır, adamlar daha səmimi və ünsiyyətcil olmağa can atırlar, onların həyatsevərliyi güclənir.


Beşincisi, insan komanda ruhunui hiss edir, yeni təbii məkanlarda yeni insan xarakterləri ilə üzləşir, daha dostcanlı olur. Təkəbbürdən və özünütəcriddən uzaq olmağa çalışır.


Altıncısı, şəhərlərin yataqxana qutucuqlarından uzaq olmaq – qısa zaman olsa belə insanın yaradıcı təxəyyülünə, təşəbbüskarlığına təkan verir, onun əmək qabiliyyətini və məhsuldarlığını əhəmiyyətli dərəcədə yüksəldir.


Yeddincisi, ailə sevgisi bağlarınln möhkəmlənməsində, uşaqların təbiətlə ünsiyyətində sağlamlıq turları əvəzsizdir.



Teymur Məmmədov