SaveFrom uzun müddətdir ki, YouTube videolarını yükləmək üçün ən populyar platformadır. Bununla belə, son vaxtlar bu platformada problemlər yaranıb. Buna görə də istifadəçilər alternativ video yükləmə platformalarından və proqramlarından istifadə etməyə başlayıblar.
Facemark.az istifadə edə biləcəyiniz YouTube video yükləmə xidmətlərini təqdim edən proqram və platformaları təqdim edir!
1. By Click Downloader
2. Vidd.ly
3. KEEPVid
4. iTube HD Video Downloader
5. SuperParse
6. Youtube-dl
7. Y2mate
8. FileConverto
By Click Downloader - Bu proqram ilə mp3, çalğı siyahıları, canlı məzmun, altyazılar və daha çox faylları yükləyə bilərsiniz. "By Click Downloader" proqramının ən böyük üstünlüklərindən biri onun demək olar ki, bütün populyar brauzerlərə tam uyğun olmasıdır.
Vidd.ly - Sürətli və təhlükəsiz "YouTube" video yükləyicisi axtarırsınızsa, "Vidd.ly" tam olaraq istədiyinizi təklif edir. Proqram həmçinin "YouTube"dan başqa bir çox fərqli platformadan video yükləməyə imkan verir. İstəyirsinizsə, bu videoları MP4 fayl kimi deyil, MP3 faylı, yəni audio formatda yükləmək mümkündür.
KEEPVid - "SaveFrom" alternativlərindən biri olan "KEEPVid" videoları onlayn yükləməyinizə imkan verən platformadır. İstədiyiniz videoları "KEEPVid" vasitəsilə bütün video izləmə platformalarından və sosial media platformalarından, xüsusilə "YouTube"dan yükləyə bilərsiniz. Hətta 4K videoları da endirə biləcəyiniz platforma istədiyiniz videoları MP3, MP4 və WEBM formatlarında yükləməyə imkan verir.
iTube HD Video Downloader - "iTube HD Video Downloader" proqramı başda "YouTube" olmaqla bütün video izləmə platformalarından və sosial media platformalarından istədiyiniz videoları yükləmək üçün xüsusi olaraq hazırlanmışdır. Keyfiyyətdən və performansdan ödün vermədən proqram vasitəsilə eyni anda birdən çox video yükləyə bilərsiniz. Bundan əlavə, "iTube HD Video Downloader" həmçinin videolar üçün altyazılar və çoxdilli dəstək təklif edir.
SuperParse - "SuperParse" video yükləmə platforması siyahımızda ən böyük yükləmə mənbəyi dəstəyi olan vebsaytdır. "SuperParse"də bütün video izləmə platformalarından və sosial media platformalarından video yükləyə bilərsiniz. Veb saytın yeganə mənfi tərəfi yüklədiyiniz videoların maksimum 720p, HD görüntü keyfiyyətinə malik olmasıdır. İstifadəsi asan interfeys onun ən diqqət çəkən xüsusiyyətlərindən biridir.
Youtube-dl - Ən diqqətçəkən "YouTube" video yükləmə proqramlarından biri olan "Youtube-dl", kiçik ölçüsü sayəsində az yer tutur və "Windows", "MacOS", "Linux" kimi əməliyyat sistemlərində uğurla işləyir. İlk dəfə istifadə edən istifadəçilər üçün proqram interfeysi bir qədər qəribə görünə bilər, çünki o, "MS-DOS" mühitinə oxşar interfeysə malikdir. Ancaq bu komanda sisteminin qısa müddətdə necə işlədiyini öyrəndikdən sonra "Youtube-dl" əvəzolunmaz olacaq.
Y2mate - "Y2mate" yalnız "YouTube"da mövcud olan videoları yükləməyə imkan verən vebsaytdır. Yəni "YouTube"dan başqa heç bir mənbədən video yükləyə bilməzsiniz, ancaq "Y2mate" istifadə edərkən bir reklamla qarşılaşmayacaqsınız. MP4, M4V, 3GP, WMV, FLV, MO, MP3, WEBM formatlarında faylları yükləmək imkanı təklif edən Y"2mate", "YouTube" yönümlü platforma olduğu üçün intuitiv interfeysə malikdir. Bu, onu alternativlərindən fərqləndirən ən mühüm xüsusiyyətlərdən biridir.
FileConverto - "FileConverto" ilə bir çox fərqli video izləmə platformasından və sosial media platformalarından videoları MP4 formatında və ya istəsəniz MP3 formatında audio faylları olaraq yükləyə bilərsiniz. Platformanın ən diqqətçəkən məqamı odur ki, video birləşmə və video sıxılma kimi müxtəlif əməliyyatları yerinə yetirmək üçün pulsuz alətlər təklif edir.