Tvitter iki istifadəçiyə tvitləri birlikdə paylaşmağa imkan verəcək "birgə tvit" funksiyasını sınaqdan keçirməyə başlayıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, mobil proqram tərtibatçısı Alessandro Paluzzi və sosial media mütəxəssisi Matt Navarra, tək bir tvitin iki istifadəçi tərəfindən paylaşılmasını təmin edən 'birgə tvitləmə' xüsusiyyətini sınaqdan keçirməyə başladıqlarını açıqlayıblar. Onlar birlikdə tvit də paylaşıblar.


Paluzzi və Navarranın paylaşımlarına görə, istifadəçi birlikdə tvitt etmək istədiyi digər şəxsə sorğu verəcək. Onun xahişi qəbul olunarsa, paylaşılan tvitdə hər iki istifadəçinin adı görünəcək. Eyni zamanda sorğunu qəbul edən istifadəçi istənilən vaxt sözügedən tvitdən imtina edə biləcək.