Bu ilin ikinci rübündə Azərbaycanda qaz hasilatı 16,7 % artıb.


Facemark.az “Report”a istinadən xəbər verir ki, bu barədə SOCAR-ın 2022-ci ilin II rübündə qazma, hasilat, emal və ixrac göstəricilərinə dair məlumatında deyilir.


Bildirilir ki, ölkə üzrə ümumilikdə 8,1 milyon tondan çox neft və 11,6 milyard kubmetrdən çox qaz hasil edilib.


Məlumata görə, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 1,9 milyon tondan çox neft, 2 milyard kubmetrə yaxın qaz hasil olunub.