Gotag kartı nə işə yarayır?
Gotag smart biznes kartları NFC və QR kimi kod texnologiyalarını proqram təminatı ilə birləşdirərək məlumatların paylaşılması sahəsində tamamilə yeni çığır açan, yeni nəsil biznes kartıdır. Təsəvvür edin ki, çap olunan vizit kartlarına artıq heç bir ehtiyacınız yoxdur. Bir ədəd Gotag kartı ilə özünüzə, şirkətinizə, məhsulunuza və s. aid istədiyiniz qədər elektron məlumat paylaşa bilərsiniz.
Gotag smart biznes kartları komanda olaraq üzərində çalışdığımız və ərsəyə gətirdiyimiz növbəti uğurlu məhsuldur. Əslində dünya bazarlarında elektron vizitkart hazırlayan bir çox şirkət var. Lakin burada əsas məsələ belə kartların xarici görünüşü, ya da NFC və QR kod əsaslı işləməsi deyil. Bunları hamı edə bilər, əsas məsələ bunun arxasında dayanan yenilikçi, özünəməxsus, günün tələblərinə cavab verən və ən əsası daima yenilənən və təkmilləşdirilən proqram təminatının olmasıdır. Biz öz hazırladığımız Gotag smart biznes kartlarının proqram təminatını da özümüz hazırlamışıq və təkmilləşdiririk. Bunun arxasında böyük bir komanda dayanır. Geniş, təcrübəli və sabit bir komanda. Odur ki, ağlımıza gələn müştərilərin tələb etdiyi, ümumilikdə bazarda tələb olunan və ya yeni meydana çıxan trend və yeniliklərə dərhal reaksiya verə bilirik. Hər hansı bir texniki nasazlıq olduqda onu ən qısa müddətdə dərhal həll edə bilirik. Peşəkarlıq da bunu tələb edir. “Yaxşı məhsul” məhz belə olmalıdır.
Gotag ilə nə edə bilərəm?
Bu, üzərində bəlkə də saatlarla danışıla bilən bir sualdır. Çünki cavab sizin istəkləriniz qədər uzun və çox ola bilər. Bunu qısa belə ifadə edək: Gotag smart biznes kartları ilə özünüzə, şirkətinizə, məhsul və ya xidmətinizə aid istənilən qədər elektron məlumat istənilən qədər insana ötürə bilərsiniz. Bu telefon nömrəsi, mətn, şəkil, video, kataloq, sayt ünvanı, hər hansı bir keçid linki və s. ola bilər. Təsəvvür edirsinizmi? İstədiyiniz qədər və istədiyiniz formatda – tək şərt elektron olmasıdır. Bunun üçün ilk olaraq kartınızı qarşı tərəfin telefonuna toxundurursunuz. Əlbəttə ki, telefonun NFC portu açıq olmalıdır. Biz bunu "təmassız texnologiya" olaraq da adlandırırıq. Əgər telefon nisbətən köhnədirsə və NFC texnologiyasını dəstəkləmirsə, o zaman kart üzərində olan QR kodu skan etməniz kifayətdir. Vəssalam, bundan sonra açılan pəncərədə bayaq saydığımız bütün əməliyyatları edə bilərsiniz.
Biraz daha geniş formada deyək: Telefon nömrəsindən "Whatsapp"a, xəritə məlumatından "Youtube" kanalına, "Facetime" tətbiqindən bank məlumatlarına, təqdimat fayllarından internet səhifəsinə qədər ağlınıza gələn hər növ elektron məlumatı paylaşa bilərsiz. Bu həm də o deməkdir ki, siz çalışdığınız şirkətin məhsul kataloqu ilə yanaşı öz ofisinizin xəritə üzərindəki yerini paylaşa bilər, isti satış edə bilər və ödəniş səhifəsində yönləndirə bilər, bir sözlə lazım olan bütün məlumatları paylaşa bilərsiniz.
Gotagın üstünlükləri nədir? Niyə Gotag almalıyıq?
Gotag smart biznes kartlarının klassik vizitkartlardan, biznes kartlarından, hətta digər elektron kartlardan bir çox üstünlüyü var. Bu barədə www.gotag.io internet səhifəmizdə ətraflı məlumat vermişik. Qısaca desəm, Gotag smart biznes kartlarını bir dəfə satın alıb, minlərlə dəfə istifadə etdiyinizdən büdcənizə qənaət edirsiniz. Məlumatlarınız dəyişdikdə kağız vizitkartlarla müqayisədə Gotag smart biznes kartını atmaq əlbəttə ki, lazım deyil, çünki online rejimdə istədiyiniz məlumatı silə, əlavə edə və ya dəyişə bilərsiniz. Bütün telefonlarla uyğun olması ilə bərabər, həm də nə istifadəyə, nə də yenilənməyə heç bir limit yoxdur. Bu sadaladıqlarım istifadə üstünlüklərindən sadəcə bir neçəsidir.
Proses çətin deyil? Sadə istifadəçilər quraşdırma prosesində çətinlik çəkmirlər?
Heç çətin deyil. Əksinə, bu gün gündəlik istifadə etdiyimiz texnologiyaları nəzərə alsaq, deyə bilərik ki, asandır. Ümumiyyətlə, texnologiya inkişaf etdikcə onunla rəftar etmək də asanlaşır, çünki artıq gündəlik həyatımızın bir hissədir bunlar. Bu, bütün texnoloji xidmət və məhsullar üçün belədir. Təbii ki, bununla bərabər biz də əlimizdən gəldiyi qədər prosesi sadələşdirməyə çalışmışıq və davam edirik.
Kart ilk dəfə satın alındıqda və istifadə olunduqda istifadəçiyə 5-6 slayddan ibarət təlimat təqdim edirik. Sonrasında çox sadə qeydiyyat olur. Daha sonra istifadəçi öz məlumatlarını daxil etməklə kartı istifadə etməyə başlayır. Çətinlik çəkdiyində və ya hər hansı bir sualı olduqda internet saytımızda olan "istifadə qaydası" videosu köməyinə çatır. Və yaxud "Whatsapp" texniki xidmətdən istifadə edir. Bir sözlə addımların sayını azaldaraq maksimum rahatlığı təmin etməyə çalışırıq.
Sizin kartları xüsusiləşdirmək, rəngini və ya logonu dəyişmək, ad yazmaq olur?
Hazırda yalnız korporativ satışlarda xüsusiləşdirmə edirik. Bu halda həm Gotag elektron vizitkartları, həm də istifadəçi interfeysini dəyişmək mümkün olur. Bunlardan əlavə korporativ satışlarda əməkdaşların kartlarının idarə olunması üçün xüsusi panel təqdim edilir. Bu panel şirkət HR və rəhbərlərə vizitkartlar barəsində hesabatlara baxmağa imkan verir.
Gotag haqqında başqa nə demək istəyirsiniz?
Gotag smart biznes kartları qlobal məhsuldur və hazırda Azərbaycanla yanaşı bir neçə ölkədə da artıq satışdadır. Hazırda bir çox xarici və yerli şirkətlərlə əməkdaşlıq edir, yeni innovasiyaları tətbiq etməyə çalışırıq. Proqram təminatının uğurlu olması onu rəqiblərindən bir addım öndə olmasına kömək edir. Məhsulun inkişafı üçün maraqlı planlarımız var və inanıram ki, bu planları ən qısa zamanda reallaşdıracağıq. Haqqımızda olan yenilikləri www.gotag.io səhifəsindən izləyə bilərsiniz.
Məhəmməd Məmmədli
Managing Partner