Məlumdur ki, son vaxtlar Vatsapda sınaqdan keçirilən bir çox funksiyalar mövcuddur. Bu funksiyalardan biri qruplardakı adminlərə hər kəsdən istənməyən mesajları silmək imkanı verəcək.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Vatsapın hazırda çox məhdud bir test qrupuna təklif etdiyi v2.22.17.12 beta versiyasında ortaya çıxan xüsusiyyətlər olduqca maraqlıdır. Tezliklə ictimaiyyətə açıqlanması gözlənilən yeniləmədə qrup adminləri qrupdakı mesajı hər kəsdən silə biləcək. Bu funksiya ilə qrupa göndərilən mənasız, spam və s. mesajları silə biləcəksiniz.


Qeyd edək ki, admin mesajı sildikdə istifadəçilərə bildiriş göndəriləcək.