“Beevole” şirkətinin analitikləri “Twitter” mikrobloqlar xidmətini ətraflı araşdırıb və onun auditoriyası haqqında məlumat veriblər. Xidmətin gözəl cinsin nümayəndələri arasında daha populyar olduğu məlum olub; xidmətdəki hesabların 53 faizi onlara aiddir. Qadınlar, həmçinin öz mikrobloqlarında yazdıqları mesajların sayına görə kişiləri üstələyirlər. Belə ki, bu göstərici müvafiq olaraq 610 və 587-yə bərabərdir. “Twitter” istifadəçilərinin 25 faizi öz mikrobloqlarında heç bir mesaj yazmayıb. “Twitter”in hər onuncu istifadəçisi heç bir mikrobloqa abunə olmayıb. Orta hesabla, hər bir şəxs xidmətin 102 mikro-bloqundan istifadə edir.