Bayden tərəfindən imzalanan Çiplər və Elm Aktı çip istehsalçıları üçün 280 milyard dollarlıq dəstək paketidir. Bu paket çərçivəsində ABŞ hökumətinin çip istehsalçılarına birbaşa dəstəyi 52 milyard dollardır.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Çinin çip istehsalında dünya lideri olması və təsiri bütün dünyada hiss edilən çip böhranının mövcudluğu bir çox şirkəti, xüsusilə "Intel"i çip istehsalına investisiya qoymağa məcbur etdi. Dövlət dəstəyi olmadan çip istehsal etmək üçün addım atan şirkətlərin yenidən Çinə müraciət edə biləcəyini düşünən ABŞ siyasətçiləri Çiplər və Elm Aktı üçün qollarını çırmalayıb. Bu prosesdə "Intel"in ABŞ Ticarət Nazirliyi ilə Çində tərk edilmiş fabrikin alınması üçün apardığı danışıqlar da qanunun yaradılması və imzalanması prosesini sürətləndirib.