Rəqəmsal dünyanın internetdən sonra ən əhəmiyyətli kəşfi olaraq xarakterizə edilən metaverse, artan istifadəçi sayı ilə inkişaf etməyə davam edir. Şahidi olduğumuz rəqəmsal kainata böyük maraq var. Kainatın bu günü və gələcəyinin iqtisadi ölçüləri də böyük maraq doğurur.


"Metaverse"də oyundan başqa nə var? Rəqəmsal kainat nə qədər sürətlə böyüyür?


Facemark.az xarici mənbəyə isstinadən araşdırma yazını təqdim edir!


ABŞ mərkəzli "Citigroup" tərəfindən nəşr olunan “Metaverse and Money, Decrypting the Future” adlı hesabatda "metaverse" iqtisadiyyatının 2030-cu ilə qədər 8-13 trilyon dollar səviyyəsinə yüksələcəyi və təxminən 5 milyard aktiv istifadəçinin yer alacağı bildirilir. Bundan əlavə, hesabatda "metaverse" dünyasının oyundan kənara çıxacağı və sənət, media, reklam, ticarət və səhiyyə kimi sahələri də əhatə edəcəyi qeyd olunub.


2022-ci ildə proqnozlaşdırılan artım 20 faizdir.



"Technavio" tərəfindən 2022-ci ilin avqustunda dərc edilən başqa bir hesabata görə, "metaverse" iqtisadiyyatın 2026-cı ilə qədər bazar dəyərinin 50,37 milyard dollara çatacağı proqnozlaşdırılır.


Metaverse iqtisadiyyatı 21 milyard dolları ötür.


Bir çox istifadəçi tərəfindən əhəmiyyətli investisiya fürsəti hesab edilən "metaverse", "Facebook", "McDonalds", "Disney" və "Gucci" kimi əhəmiyyətli markaların investisiyaları ilə böyük iqtisadi sürət qazandı. Bugünkü metaverse iqtisadiyyatı 21 milyard dolları keçsə də, ekspertlər yaxın iki ildə ümumi qiymətləndirmənin 800 milyard dollara çata biləcəyini bildirirlər.