İstanbul Hava Limanı dünyanın ən sıx hava limanları siyahısında 5-ci yerdə qərarlaşıb. İlin 7 ayında İstanbul Hava Limanından 34 milyon 210 min sərnişin uçub.


Facemark.az dünyanın aparıcı aviasiya məlumatları və təhlili təminatçısı olan Rəsmi Aviasiya Bələdçisinə istinadən xəbər verir ki, 2022-ci ilin avqustunda oturacaqların sayına görə ən işlək hava limanı ABŞ-ın Atlanta Hartsfield-Jackson Beynəlxalq Hava Limanı olub. Ondan sonra Birləşmiş Ərəb Əmirliklərinin Dubay Beynəlxalq Hava Limanı və ABŞ-ın Dallas Fort Uort Beynəlxalq Hava Limanı gəlib. İstanbul Hava Limanı siyahıda 5-ci, Yaponiyanın paytaxtında yerləşən Tokio Beynəlxalq Hava Limanı isə 4-cü yerdə qərarlaşıb.


14-cü yerdən 5-ci yerə yüksələn İstanbul Hava Limanını ABŞ-da Çikaqo O'Hare Beynəlxalq Hava Limanı və Denver Beynəlxalq Hava Limanı izləyir.


Böyük Britaniyanın London Hitrou hava limanı 8-ci, Los Anceles Beynəlxalq Hava Limanı isə 9-cu yerdə qərarlaşıb. Siyahının 10-cu pilləsində Fransanın paytaxtı Paris Şarl de Qoll hava limanı qərarlaşıb.


34 milyon 210 min 446 nəfər səyahət edib.


Bu dövrdə 34 milyon 210 min 446 nəfər səyahət edib.