Facemark.az Ramin Fərəcullayevin Xəzər TV ilə ATV arasında müqayisəli təhlil yazısını təqdim edir!


Ötən araşdırma yazımızda Azərbaycan telekanalların "YouTube" platformasında baxış göstəricilərinə əsasən reytinq cədvəlini təqdim etmişdik. Bu dəfə ilin ilk 8 ayının nəticələrinə əsasən 1 və 2-ci yeri tutan telekanallar arasında müqayisəli təhlil yazımızı təqdim edəcəyik.


Xəzər televiziyasının əsas kontent bazasının yükləndiyi 1.59 milyon abunəçi sayına malik kanalı “Xəzər Media” ilin ilk 8 ayında 42 milyona yaxın baxış toplayıb. Telekanalın 25 faizdən çox baxış sayı məhz bu kanalın vasitəsilə toplanır ki, “Təsir Dairəsi”, “Şourum” və “Bir Gün Sizdə, Bir Gün Bizdə” verilişləri aktiv rola malikdir.


ATV telekanalının abunəçi sayına görə 2-ci ən böyük kanalı olan “ATV Show” ilin ilk 8 ayında 52 milyondan çox baxış toplayıb. Feedspy.net saytının statistikasına əsasən bu baxışın 41 milyondan çoxu “Bizimləsən” verilişin videoları sayəsində toplana bilib.


Hər iki sosial veriliş ("Təsir Dairəsi", "Bizimləsən") telekanalın baxış göstəricilərində mühüm rola malikdir. “ATV Show” kanalı “7 Canlı” və “1 Dəqiqə” verilişlərin sayəsində 8 ayın göstəricilərinə əsasən 11 milyona yaxın fərqlə “Xəzər Media”nı üstələyə bilib.


Qeyd edək ki, ATV telekanalının da oxşar adlı “ATV Media” kanalı olsada, əsasən izləyici kütləsi böyük olmayan “Təhsil Saatı” , “ATV Səhər” , “Süpür Market” kimi proqramdan paylaşımlar edilir.





Xəzər Music 17 925 654 - ATV MUSİC 12 001 489


“ATV Music” kanalı ilə 6 milyona yaxın müsbət fərq yaradan “Xəzər Music” rəqibinin abunəçi sayından 3 dəfə kiçik olsada uğurlu nəticə göstərə bilib. Bu göstəriciyə əsas səbəb kimi daha yaxşı SEO və kontent idarəetməsini göstərmək olar.


Hər iki kanalda musiqi kontenti paylaşılsa da, “ATV Music” kanalında böyük auditoriyası olman xalq mahnıları, muğama üstünlük verilir.


Belə ki, Vəfa Şərifova, Nəfəs, Şəbnəm Tovuzlu kimi məşhur musiqi ifaçılarının “Xəzər Music” kanalında çoxsaylı ifalarının trend olması da daha yüksək baxış toplamasında aktiv rol oynayıb.



XƏZƏR XƏBƏR 11 507 389 - ATV NEWS 2 832 147


10 illik keçmişə malik “Xəzər Xəbər” "YouTube" kanalı abunəçi sayına görə rəqibindən 5 dəfə böyükdür. “ATV News” kanalının paylaşdığı video sayı rəqibindın 20-25 faiz daha çox olsa da, toplam izlənməsi 5 dəfə daha azdır. 520 mindən çox abunəçisi olan “Xəzər Xəbər” kanalının aylıq baxış sayı 1-1.5 mln təşkil edir ki, bu da potensialdan daha az göstərici göstərdiyini deməyə imkan verir. Hər iki telekanalın xəbər kateqoriyalı kanalına aşağı diqqət göstərdiyini deyə bilərik.



XƏZƏR FİLM 23 343 070 - ATV CİNEMA 34 007 248


Hər iki televiziyanın film və seriallar üçün nəzərdə tutulan "YouTube" kanalı çox böyük maraq görür. Abunəçi sayı hər iki kanalda 550 minə yaxındır. Tez-Tez trend siyahısında görülən “Yuxu Kimi” serialı “ATV Cinema” kanalının 11 milyona yaxın fərq yaratmasına səbəb ola bilib. Bu fərqin yaranmasına kanallar arasında kontent sayıda özünü göstərir.


Belə ki, “Xəzər Film” kanalında ancaq “Ata Ocağı”, “ATV Cinema” kanalında isə “Yuxu kimi”, “Bir qadın” və.s adlı serialların yayımlanmasıdır.



KOMEDİXANA 67 095 623


Gündəlik həyatımızda qarşılaşdığımız real problemlərdən real personajları canlandıran "Komedixana" müzakirəsiz çox şəxsin ürəyinə yol tapa bilib. Teleməkanın yeganə komediya proqramı olan “Komedixana” 8 ayda 70 milyona yaxın baxış toplayıb. Ortalama hər bölüm 500 mindən çox izlənən "Komedixana"nın 15 videosu 1 milyondan çox baxış göstəricisi göstərib. Xüsusilə məşhur tiktokerlərin canlandırması böyük maraq görürkü rəylərdə də bunu müşahidə edirik.




Qeyd edək ki, “Komedixana” adlı "YouTube" kanalı Xəzər telekanalının reytinq cədvəlinə liderlik etməsində 40 faizdən çox paya sahibdir.