Tvitter söhbət otağı "Spaces A"-ya podkast funksiyasını əlavə edib.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, hazırda yalnız ana dili ingilis dili olan bəzi ölkələrdə mövcud olan funksiya təkmilləşdirmələrdən sonra digər ölkələrdə də istifadəyə veriləcək. Birlikdə yenilənən "Spaces"in stansiyalar bölməsində yer alacaq podkast istifadəçilərin maraqlarına uyğun təkliflər verəcək.





Tvitter tərəfindən aparılan araşdırmaya görə, ABŞ-da Tvitter istifadəçilərinin 45 faizi mütəmadi olaraq podkastları dinləyir və Tvitter bu məlumatlara əsasən podkast funksiyasını tətbiqə inteqrasiya etmiş kimi görünür.