EMEA regionunun ən böyük brend və iş dünyası festivalı olan "Brand Week Istanbul" bu il “Time to reset” mövzusu ilə yaradıcı dünyanın liderlərini bir araya gətirir.
Facemark.az festivalın media tərəfdaşı olaraq xəbər verir ki, yaradıcı sənayelərə, brendlər dünyasına, həm cəmiyyətə, həm də fərdlərə diqqət yetirən, müxtəlif elm sahələrinin mütəxəssisləri ilə gələcək fikirləri müzakirə edən "Brand Week Istanbul" 9-10-11 noyabr tarixlərində Zorlu PSM-də baş tutacaq.
Yerli və qlobal peşəkarların təqdimatları ilə gələcəyin istiqamətləndirici tendensiyalarını və ruhlandırıcı hekayələrini bir araya gətirəcək festival panellər, seminarlar, akademik seminarlar, brend təqdimatları, şəbəkə görüşləri, mükafatlandırma mərasimləri və sərgilər ilə iştirakçıların yaddaşında iz qoyacaq.
Hər il olduğu kimi bu il də festivala qatılacaq spikerlər arasında dünya şöhrətli adlar çoxdur. Kuantum üzrə fizik Prof. Mete Atatüre,bəstələdiyi Holywood film musiqiləri ilə tanınan Pınar Toprak, sənətçi Laetitia Ky, Dentsu Lab şirkətinin kreatif direktoru Naoki Tanaka, araştırmacı Bekir Ağırdır, yazar Daniel H. Pink, festivalda olacaq spikerlərdən bəziləridir.
Gündəmi formalaşdıran və gələcəyi müəyyən edən mövzu və məruzəçilərlə yanaşı, Felis mükafatları, Lovemarks mükafat mərasimi, Fərq yaradan qadınlar, Brend Akademiyası sertifikat proqramı, portfolio görüşləri və xüsusi şəbəkə görüşləri kimi ənənəvi tədbirlər də keçiriləcək. Pharmatopia Əczaçı Layihəsi çərçivəsində bütün innovativ sağlamlıq üsullarının elm işığında müzakirə ediləcəyi “Time to Heal” sektora yeni perspektivlər əlavə edəcək.
7-11 noyabr tarixlərində 10-cu dəfə baş tutacaq "Brand Week Istanbul" haqqında ətraflı məlumatı linkə daxil olaraq əldə edə bilərsiniz.