Facemark.az xarici xəbər saytına istinadən sevilməyən tətbiqetmələr haqqında araşdırma yazını təqdim edir!
Sosial media həyatımızın ayrılmaz hissəsinə çevrilib. Demək olar ki, çox zaman sosial media platformalarında asılı qalırıq. Bəzən yararsız interfeys xəyal qırıqlığı yaradır, bəzən isə həddindən artıq reklama məruz qalmaq bizi bezdirir. Buradan yola çıxan "Electronics Hub" mütəxəssisləri Tvitter məlumatlarını sosial media tətbiqlərinə qarşı emosiyaları təhlil edərək dünyanın sevilməyən tətbiqetmələrini açıqlayıb.
145 ölkəni əhatə edən təhlildə ümumilikdə 87 sosial media, tanışlıq, mobil oyun, əyləncə, kriptovalyuta və pul köçürmə proqramları ilə bağlı 3 milyondan çox tvit təhlil edilib. Mənfi tvitlərin faizi "HuggingFace" "Sentiment Analysis" alətindən istifadə edilməklə hesablanıb və bu, tvitin müsbət, mənfi və ya neytral əhval-ruhiyyəyə malik olub-olmadığını müəyyən edib. Buna əsasən "Roblox" oyun tətbiqi və bütün dünyada tanışlıq proqramı olan "Hinges" ölkələr üzrə sevilməyən tətbiqetmələr siyahısında liderlik edir.
Mobil oyunlar ümumilikdə daha az mənfi rəy alsa da, "Roblox" 21 ölkədə ən çox tənqid edilən proqram olub. "Hinge" haqqında tvitlərin 34,4 faizi mənfi/tənqidi şərhlərdən ibarətdir. Kateqoriya əsasında ən çox sevilməyən ilk üçlük - tanışlıq proqramları, pul köçürmə proqramları və sosial media proqramlarıdır. Tanışlıq proqramları ilə bağlı tvitlərin 17,8 faizi mənfidir. Nyu-Cersi, İrlandiya, Trinidad və Tobaqo, Yeni Zelandiya və Yamayka kimi ölkələrdə proqramlar haqqında 5 tvitdən 1-i mənfidir. Kateqoriya əsasında sevilməyən sosial media platforması "Facebook Messenger", pul köçürmə proqramı "Zelle", mobil oyun "Homescapes", əyləncə platforması "Disney+" və tanışlıq proqramı "OkCupid" olub.
Müəyyən tətbiqetmələrə mənfi münasibətlər sevilməyən proqramları və kateqoriyaları aşkar edir. Məsələn, "Steam" Cənubi Amerika ölkələrində - Kolumbiya, Venesuela, Braziliya, Peru, Çili, Argentina və Uruqvayda sevilməyən əyləncə proqramıdır. "Plenty of Fish" Fransa, İtaliya və İspaniyada sevilməyən tanışlıq proqramıdır. "Voyager" proqramı isə Çin, Monqolustan və Yaponiyada sevilməyən kriptovalyuta proqramıdır. Digər tərəfdən dünyanın müxtəlif yerlərində müəyyən kriptovalyuta proqramlarına qarşı xüsusi münasibət olsa da, dünya ümumilikdə "Cash App" proqramının olduqca bezdirici olduğuna razıdır.
Təhlildə qeyd olunan "Tune" məlumatlarına görə bütün proqram yükləmələrinin təxminən 42 faizi əvvəllər silinmiş proqramların yenidən quraşdırılmasından ibarətdir.