Facemark.az xarici xəbər saytına istinadən pandemiyanın iş dünyasına təsiri haqqında araşdırma yazını təqdim edir!
Covid-19 pandemiyası demək olar ki, dünyanın hər yerinə sirayət edib. Ölkələr də xəstəliyin yayılması ilə əlaqədar karantin tədbirləri gördü. Dünyanın bir çox sektoru karantindən müsbət və ya mənfi təsirlənib. Ona görə də qlobal iqtisadiyyat da karantin təsirinə məruz qaldı və görünən dəyişikliklər oldu. Koronavirus epidemiyasının dünya iqtisadiyyatında yaratdığı dəyişiklikləri sizə təqdim edirik.
1. İqtisadiyyatda tənəzzül
Dünyada yayılan Covid-19 epidemiyası qlobal iqtisadiyyatda tənəzzülə səbəb olub. Koronavirusun yaratdığı bu tənəzzül hətta inkişaf etmiş iqtisadiyyatlara da ağır zərbə vurdu.
2. Fond bazarlarında tənəzzül
Pandemiya ilə birjada böyük və sürətli enişlər oldu. Bu, pensiya fondlarının və əmanət hesablarının dəyərinə təsir göstərib. Bundan əlavə, birjalar pandemiya səbəbindən sərt satış təzyiqi altında idi.
3. Gəlirlərin azalması
Pandemiya dövründə tətbiq edilən məhdudiyyətlərlə işsizlik artıb. Bu da onların gəlirlərinin azalması ilə nəticələnib. BVF-nin 2020-ci il üçün məlumatına görə, ABŞ-da işsizlik səviyyəsi 10,4% təşkil edib. Bir çox işçi iş itkisinin qarşısını almaq üçün dövlətin qısamüddətli iş müavinətindən istifadə edirdi. Bundan əlavə, insanlar ev xərclərini ödəməkdə çətinlik çəkirdilər.
4. Xərclərdə daralma
Pandemiyanın yaratdığı iqtisadi tənəzzül istehlak xərclərinin kəskin azalması ilə nəticələnib. Ekspertlərin fikrincə, xərclər tədricən bərpa olunmağa başlayacaq. Hazırda diqqət istehlakçı xərclərinə yönəldikdə qeyri-bərabər bərpa müşahidə olunur.
5. Neft qiymətlərində balanssızlıq
Epidemiya səbəbindən məhdudiyyətlər qoyulub. Bir çox insan evlərini tərk edə bilməyib. Nəticədə neftin qiymətləri də kəskin ucuzlaşıb. Səyahət məhdudiyyətlərinin yumşaldılması ilə neft qiymətləri yenidən yüksəlməyə başlayıb.
6. İstehsalın azalması
Xəstəlik dünyanın bir çox yerlərində fabriklərin bağlanmasına səbəb olub. Buna görə də istehsal azalıb. Bu, idxal və ixrac arasında balanssızlığa səbəb oldu.
7. Təchizat zəncirinin pozulması
İqtisadi fəaliyyətlərin aşağıya doğru ləngiməsi və nəqliyyatda məhdudiyyətlər tədarük zəncirinin pozulmasına səbəb oldu. Qlobal şirkətlərin istehsalı və gəlirliliyi təsirləndi. Virus tədarük zəncirindəki əsas məhsulları sıradan çıxarıb. Bu, iqtisadiyyatda müxtəlif problemləri də gətirdi. Beləliklə, iqtisadiyyatda və sənayedə dəyişikliklər qaçılmaz idi.
8. İnflyasiyanın artması
İqtisadi daralmalarla yanaşı, bütün dünyada inflyasiya artımı müşahidə olunub. Bəzi ölkələr öz ehtiyat tədbirlərini görüblər. Lakin tədbir görməyən ölkələrdə bir çox problemlər yaşanmaqda davam edir. Bu problemlərin aradan qaldırılması üçün qlobal əməkdaşlıq tələb olunur.
9. KOM bizneslərində itki
Yerli bazarlar üçün istehsal edən və kapitala qənaət etməyən müəssisələr bütün dünyada böyük itkilərə məruz qalıblar. Pandemiya dövründə bir çox biznesi ayaqda saxlamaq üçün bəzi ölkələr maliyyə dəstəyi proqramları həyata keçirib.
10. İqtisadiyyatda balanssızlıq
Qlobal karantin dövründə rəqəmsallaşma və evdən işləmək vəziyyətləri artıb. Təbii ki, bu proseslərlə ayaqlaşa bilməyənlər də olub. Bu, sosial gəlir bərabərsizliyinə səbəb oldu. Bir tərəfdən rəqəmsal dünyanın üstünlüklərindən yararlanan insanlar sərvətlərinə zənginlik qatırdılar. Kasıblar daha da yoxsullaşdılar.