“Network Marketing” mütəxəssisləri olaraq, hamınız olmasa da, əksəriyyətiniz fırıldaqçılıqla məşğul olduğunuzu düşünən insanlarla qarşılaşmısınız. Heç bir qanuni biznes fürsəti, bəlkə də bu biznes qədər yanlış başa düşülməmişdir.
Facemark.az “Network Marketing” haqqında yazını təqdim edir!
İnsanlar köhnə münasibətləri və anlaşılmazlıqları aradan qaldırmaq, biznesin necə işlədiyini başa düşmək üçün vaxt və səy sərf etsələr, şəbəkə marketinqinin part-time və ya tam ştatlı biznesə başlamaq üçün ideal yol olduğunu aydın şəkildə görəcəklər.
Bu gün bir çox gənc məzunların hədəfi yüksək maaşlı korporativ iş tapmaqdır. İstənilən korporativ təşkilatının strukturu belə görünür.
Əfsanə 1: “Network Marketing” qeyri-qanuni priamida sxemidir.
Həqiqət: Təşkilatın forması onun qanuniliyini müəyyən etmir. Əgər belə olsaydı, bir çox müəssisə və təşkilatlar qanunsuz olardı, çünki onlar eyni piramida şəklində qurulmuşdur. Piramida tipli qeyri-qanuni təşkilat real məhsul və ya xidmət təklif etmir və yeni üzvlərin sayına görə ödəniş edir. Qanuni şəbəkə marketinq proqramları satış həcminə və ödənişlərə əsaslanan faydalı, yüksək keyfiyyətli məhsul və ya xidmətlər təklif edir.
Əfsanə 2: Ən yüksəkdə olan şəxs pul qazanır.
Həqiqət: Bu arqumet normal işlərə daha çox uyğun gəlir. Dünyanın harasında “CEO”ların minimal əməkhaqqı qazandığı görülüb? Məlum məsələdir ki, istənilən korporativ strukturda ən çox pul qazanan şəxs yuxarıda olan şəxsdir. Yaxşı şəbəkə marketinq şirkətlərində insan tutduğu vəzifədən asılı olmayaraq, istənilən məbləğdə pul qazana bilər. Gəlir yer deyil, səydən asılıdır.
Əfsanə 3: “Network Marketing” insanlardan istifadə edir.
Həqiqət: “Network Marketing” sahəsində uğur başqaların hədəflərinə çatmağına kömək etməkdən keçir. Bir insan işə girənlərin qazanc əldə etməsinə kömək etmədən, onların səylərindən pul qazana bilməz. Şübhəsiz ki, bəzi şəbəkəçilər potensial insanları əskinas kimi görürlər, lakin bu insanlar işə götürülən insanlara kömək edənlər qədər uğurlu olmaya bilər.
Əfsanə 4: Nəhayət, proqram doyma səviyyəsinə çatacaq.
Həqiqət: Doyma mümkün deyil, çünki heç vaxt məhdud sayda insan yoxdur. Hər gün yeni insanlar doğulur və ya 18 yaşına qədəm qoyur. Belə olduğu halda hovuza yeni potensial şəbəkəçilər daxil olur. “Zig Zig-ların Başlayanlar üçün Şəbəkə Marketinqi” kitabında Tim Sales doyma mifinə qarşı ən yaxşı arqumenti təqdim edib. "Soyuducusu olmayan birini tanıyırsınız?" deyə soruşur. Yox? Bu, heç bir məşhur brendin daha çox soyuducu satmasına mane olmur”.
Əfsanə 5: “Network Marketing” işləmir.
Həqiqət: Dünya Birbaşa Satış Assosiasiyaları Federasiyasının məlumatına görə, 2017-ci ildə birbaşa satış sənayesi, ümumilikdə 189.6 milyard dollar gəlir əldə edib.
Bu rəqəmlər bu sahənin işlədiyini göstərir. Uğur və uğursuzluq “Network Marketing”dən əlavə, onun üçün səy sərf edən şəxsdən aslıdır. Bir çox bloq yazarı, “Ebay”çılar və ya ev biznesi sahiblərinin işi ya yaxşı getmir, ya da işlərini dayandırırlar. Ancaq “eBay”ın və bloqların işləmədiyini deyən adam görə bilməzsiniz.
Əfsanə 6: “Network Marketing” sahəsində heç kim, həqiqətən, varlı ola bilməz.
Həqiqət: Hər kəsin şəbəkə marketinqində uğurlu olmaması doğrudur. Şəbəkəçilərdən ən çox pul qazanan 2-10 faizlik hissəsi özlərini daim işlərinə həsr edən şəxslərdir. Ancaq varlı olmaq şəbəkə marketinqinə necə dəyərləndiriləcəyinə bağlı olmamalıdır. Varlı olmaq bir uğur ölçüsüdüsə, o halda ənənəvi işdə çalışanların əksəriyyəti uğursuzdur. Bunun əvəzində şəbəkəçilərin uğuru hədəflərinə çatdırdıları şəxslərin sayı ilə ölçülməlidir. “Network Marketing” sektorundaki bir çox insan uşaqlar ilə evdə qalaraq, borclarını ödəmək üçün kifayət qədər qazandıqları zaman uğur qazanırlar.
Əfsanə 7: “Network Marketing” dəlilikdir.
Həqiqət: Əgər siz şəbəkə marketinqi üzrə təlim tədbirində və ya şirkətinizin təşkil etdiyi böyük korporativ tədbirdə iştirak etmisinizsə, bir çox insanın nümayiş etdirdiyi ehtiras və enerji kənar adama az qala fanatik görünməsi doğrudur. Amma fanatiklər hər yerdə var. Həqiqət budur ki, şəbəkə marketinqi şirkətlərinin fanatizmə ehtiyacı yoxdur. “QNET” kimi qanuni şirkətlərin əksəriyyəti öz təmsillərini faktlara və rəqəmlərə əsaslandırmaq üçün çox çalışırlar.
Şəbəkə marketinq sahəsinin öz problemlərinin olduğunu inkar etmirik, lakin onları təhlil etdikcə onların əksəriyyətinin yalan və yanlış məlumatlardan qaynaqlandığını başa düşürük. Milyarder Uorren Buffet şəbəkə marketinqi şirkəti satın aldıqdan sonra bunun, onun üçün ən yaxşı investisiya olduğunu söyləyib. “Fortune Magazine” birbaşa satışı (şəbəkə marketinqinin ən böyük hissəsi) “biznesdə ən yaxşı saxlanılan sirr” adlandırır. “Mükəmməllik Pursuit” kitabının müəllifi Tom Peters bunu marketinqdə son 50 ildə ilk əsl inqilabi dəyişiklik kimi təsvir edir.
Bununla belə, anlaşılmazlıqlar və miflər hələ də davam edir. Bu yanlış inancların şəbəkə marketinqi biznesinə girməyinizə mane olmasına imkan verməyin. Əgər sahəni yaxşı başa düşsəniz, şirkətləri diqqətlə seçsəniz, işinizə vaxt və səy sərf etsəniz, şəbəkə marketinqi sahəsində uğur qazana bilərsiniz.