Türkiyədənin aparıcı tədbirlərindən biri olan "Uludağ Ekonomi Zirvesi" (UEZ) 6-9 oktyabr 2022-ci il tarixləri arasında Sapancada keçiriləcək.
Facemark.az media tərədaşı olduğu festivala istinadən xəbər verir ki, 2012-ci ildən etibarən "Capital", "Ekonomist" və "Start Up" jurnallarının təşkilatçılığı, P&G-nin baş sponsorluğu ilə biznes və iqtisadiyyat dünyasının mühüm yeniliklərini bir araya gətirən sammitdə “Yeni Qlobal Nizamı Dizayn etmək: Təkmilləşdirmə, Dəyişiklik və Rəqəmsallaşma” mövzusu altında yeni və davamlı sistemə keçid üçün aradan qaldırılmalı olan maneələrə toxunulacaq. Mövzu çərçivəsində istehsal, kənd təsərrüfatı və enerji kimi bütün sahələrdə humanist və təbiətə uyğun sistemlərin inkişaf etdirilməsi üçün həll təklifləri və bu məqsədlərə uyğun olaraq atılacaq addımlar müzakirə ediləcək.
Fransanı keçmiş Prezidenti François Hollande Zirvədə iştirak edəcək!
Dünyadan və Türkiyədən dəyərli natiqlərin və iş adamlarının bir araya gəldiyi Sammitin diqqətəlayiq məruzəçiləri arasında T.C. Hazine və Maliyyə naziri Dr. Nureddin Nebati və Fransanın keçmiş prezidenti François Hollande var.
UEZ2022 biznes və iqtisadiyyat dünyasını bir araya gətirir!
Sammitdə çıxış edənlər arasında - "Polat Holding" İdarə Heyətinin sədri Adnan Polat, T.C. Prezident İnvestisiya İdarəsinin prezidenti Ahmet Burak Dağlıoğlu, 'Akkök Holding"in İdarə Heyətinin sədri və "Global Compact Türkiye" sədri Ahmet Cemal Dört, "Multinet Up"ın baş direktoru Ali Emre Sever, "Yıldız Holding"in sədri Ali Ülker, "Ziraat Bankı"nın baş direktoru və "TBB"nin prezidenti Alpaslan Çakar , "Eczacıbaşı Topluluğu" baş direktoru Atalay Gümrah, "Z Traktör" qurucusu və baş direktoru Bakur Kvezereli, "Doğan Holding" İdarə Heyətinin sədri Begümhan Doğan Faralyalı, "Macaristan İhracatı Teşvik Ajansı HEPA Türkiye" baş direktoru Burak Aktaş, "Galata Wind" İdarə Heyətinin üzvü Burak Kuyan və "Doğan Holding" İdarə Heyətinin sədri və baş icraçı direktoru Çağlar Göğuş, "Boyner Holding" İdarə Heyətinin sədri və "Boyner Qrup"un baş direktoru Cem Boyner, "Doğanlar Holding" A.Ş. İdarə Heyətinin sədri Davud Doğan və digər şəxslər olacaq.
Bu il dəyərli məruzəçilərin, ekspert, iqtisadçıların bir araya gələcəyi Sammitdə “Yeni Qlobal Nizam və Gələcək”, “Türkiyənin Yeni Gələcəyə Baxışı”, “Macarıstan – Türkiyə İş İmkanları”, “Liderlərin Davamlılıq Gündəliyi”, “ İstehsalda Qlobal Rəqabətin Açarları və Yeni Trendlər”, “Enerjidə Balans Axtarışı: Yeni Resurslara Keçid”, “Sabahın İqtisadiyyatı üçün Sahibkarlıq”, “Gələcəyə Hazırlıq: Yeni Nəsil İnvestisiyaları, Həllər və İmkanlar”, “Qlobal İqtisadiyyatın Gələcəyi: Yeni Sistem Axtarışı və İnkişaf Etmək” kimi mövzularda panellər keçiriləcək.
UEZ 2022 ilə bağlı ən aktual məlumatları https://www.uludagekonomizirvesi.org/ saytından və sosial media hesablarından izləyə bilərsiniz.