"Figma"nın razılaşmaya əsasən 15 milyard dollar dəyər qazandığı bildirilir.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, “Adobe” şirkəti dizaynerlər üçün nəzərdə tutulan “Figma” xidmətini alır. “Bloomberg” agentliyinin məlumatına əsasən, müqavilənin dəyəri 15 milyard dollar təşkil edir.


2021-ci ildə “Figma” 10 milyard dollar qiymətləndirmə ilə 200 milyon dollar investisiya cəlb edib.


“Figma” 2012-ci ildə Dilan Fild tərəfindən yaradılıb. Onlayn qrafik-redaktor real vaxt rejimində işləməyə imkan verir.