20 ölkəni təmsil edən 35 tanınmış spikerlərin çıxışı və müxtəlif mövzular proqramı ilə "My Data Summit - 2022" qlobal forumu uğurla yekunlaşıb. Forumun təşkilati üzvü İlqar Zərbalıyev forum ilə bağlı təəssüratlarını Facemark.az-a bölüşüb.



1. İlqar bəy, "My Data Summit - 2022" qlobal onlayn konfransı uğurla başa çatdı. Təəssüratlarınız maraqlıdır bizim üçün. Necə yadda qaldı?


"My Data Summit-2022" müvəffəqiyyətlə başa çatdı. Bu tədbirdə "Microsoft", "Financial Modeling Institute", "Endless Fairs", "Enterprise DNA" kimi firmalarının dəstəyini almaq bizim üçün çox qürürverici idi. Eyni zamanda, Azerbaycanımızı tanıtmaq başqa qürurverici faktor idi.



2. "My Data Summit - 2022" konfransı zamanı ötürmək istədiyiniz mesajlar hansılar idi?


Datanın əhəmiyyətini izah etmək və bu sahədə istifadə olunan alətlər haqqında məlumatlar çatdırmaq əsas məqsədlərdən idi. Başqa sözlə, məqsədimiz “hər bir datanın əhəmiyyətli olduğunu” çatdırmaq idi.



3. Bəs sizcə qatılan iştirakçıların təəssüratları necə oldu? Geridönüşlər aldınızmı?


Tədbir bitdikdən sonra, qapanış tədbirinə qatılan iştirakçıların fikirlərinə dayanaraq gözəl təəssüratlar olduğunu demək istəyirəm. Eyni zamanda, bir sonrakı ildə 3 gün əvəzinə 5 günlük bir tədbir keçirmək və Azərbaycan dilinə tərcümə kimi fikirlər də səsləndi.



4. Bu tədbirdə olmayan nələri növbəti tədbirlərinizdə əlavə etmək istərdiniz? Ümumi olaraq forumu necə dəyərləndirərdiniz?


Forumu yüksək səviyyədə dəyərləndirirəm. Bir sonrakı tədbirdə Azərbaycan dilinə tərcümə imkanlarını dəyərləndirəcəyik.



5. "My Data Summit - 2022" konfransı bildiyimiz kimi online formatda keçirildi. Sizcə bu format bütün iştirakçıların gözləntilərini doğrultdumu?


"Endless Fairs" kimi bir platformdan istifadə etmək oflayn rejimdə keçirilən tədbiri aratmadı.



6. Son olaraq, "My Data Summit" tədbirinin növbəti illərdə keçirilməsini planlaşdırırsınızmı? My Data Summit 2023 olacaqmı?


"My Data Summit – 2023" olacaq. Fizik olaraq, Bakı şəhərində tədbir keçiriləcək. "Endless Fairs" vasitəsiilə onlayn yayım təmin ediləcəkdir.




Təşəkkür edirik!