Şirkətin və ya brendin şəffaflığı işçilərini, dəyərlərini, mədəniyyətini, strategiyasını, biznes proseslərini və bu proseslərin nəticələrini ictimaiyyətlə bölüşmək deməkdir.


Facemark.az xarici mənbəyə istinadən Marketinqdə "Şəffaflıq" nədir? haqqında araşdırma yazını təqim edir!


Marketinqdə şəffaflıq “Bir şirkətin və ya markanın işçilərini, dəyərlərini, mədəniyyətini, strategiyasını, iş proseslərini və bu proseslərin nəticələrini ictimaiyyətlə paylaşması” deməkdir.


Texnologiyanın inkişafı, sosial medianın geniş tətbiqi, istehlakçıların məlumatlandırılması və markaların bir hissəsinə çevrilməsi marketinqin şəffaf olmasını tələb edir. Şəffaf olmasanız da, şəffaf olmağınızı istəyəcəklər. Sosial marka olmağın yeganə şərtlərindən biri bu nöqtədə istehlakçıların gözləntilərini qarşılamaqdır. Cavabları sizdən soruşmadan ictimailəşdirməlisiniz. Şəffaflığı üstünlük kimi istifadə etmək də sizin əlinizdədir. Brendlərin dürüst, səmimi, etibarlı və sadə kimi qəbul edilməsi və sevilməsi onları həmişə bir deyil, bir neçə addım irəliyə aparacaqdır. Bunun fərqində olan markalar, adlarını “İnsanların etibarını itirməkdənsə, pulu itirməyi seçərəm” – deyərək tarixə həkk edir.


Brendlərin hekayələrini ən yüksək şəffaflıqla paylaşması da istehlakçıların bu markanın bir hissəsi olduğunu hiss etmələrinə səbəb olur. Xüsusilə reklamlarında və digər marketinq fəaliyyətlərində izah etdikləri hekayələrdə istehlakçılar özlərinə yaxın hissələri görmək istəyirlər. Marka şəffaf olduqca da müştəri əlaqəsi artır. Sadiq müştərilər həmişə sizdən alış-veriş edirlər, başqalarına tövsiyə edirlər və sizin haqqınızda pis danışanlara lazım olan cavabı verirlər. Marka vəkili adlandırdığımız bu kütlə sizi daima müdafiə edir.




Hər şeyi sizdən gizlədən, ancaq bir şey danışarkən sizi diqqətlə dinləyən bir dostunuzdan alış-veriş edərdiniz, yoxsa sizə qarşı hər zaman dürüst olandan? Yəqin ki, cavabınız dürüstlükdən yana olacaqdır.


Çox zaman sevdiyimizdən daha çox etibar etdiyimiz markalara üstünlük veririk. Lakin etibar öz-özünə yaranmır, qarşı tərəf inam yaratmaq üçün səy göstərir. Hər şeydən əvvəl sizin üçün açıq olmağa çalışır. İstehlakçıları satın almaları onları markaya bağlamaz. Məsələn, çox yaxşı yemək bişirsəniz də xidmət zəifdirsə, ofisiant nəzakətli deyilsə, yer təmiz deyilsə, bir daha gəlməzlər.


Şəffaf olmaq üçün bütün detalları bölüşmək lazım deyil. “Bu çiyələyi 15 manata alırıq, 20 manata satırıq”- deməyə ehtiyac yoxdur. Ancaq çiyələk paketlərini açarkən alt çürümüş olmamalıdır. Müştərilərinizi gözləntisini aşağı salmamalısınız. Yeməkləri mövcud olduğundan daha gözəl göstərmək üçün kimyəvi maddələrdən istifadə etmək və ya fotolarının həqiqətdən uzaq olması da dürüstlük və şəffaflığdan uzaq nümunələrdir.


Alıcı və satıcı insanlardırsa, insanlıqdan uzaq heç bir marketinq davranışı sizi müvəffəqiyyətə apara bilməz.