"Mastercard" tərəfindən dəstəklənən "Golden Drum" Festivalı sentyabrın 23-də Xorvatiyanın Rovinj şəhərində yekunlaşıb.


Facemark.az media tərəfdaşı olduğu festivala istinadən xəbər verir ki, münsiflər müxtəlif qruplar və kateqoriyalar üzrə 31 "Bronze Drum", 28 "Silver Drum", "24 Golden Drum" və 9 Qran Pri mükafatlarını təqdim ediblər. Artıq üçüncü ildir ki, İtaliyanın Milan şəhərindən olan "Publicis" ən çox xal toplayaraq ümumi uğura töhfə verən ilin şəbəkəsi adını qazanıb.





İlin Agentliyi Mükafatı


Bu kateqoriya üzrə ən çox xal toplayan ən uğurlu reklam agentliyi "Publicis Italy"dir.


İlin Müstəqil Agentliyi Mükafatı


Ən çox xal toplayan ən uğurlu müstəqil reklam agentliyi "White Rabbit Budapest"dir.


İlin İstehsalat Agentliyi Mükafatı


"Coca-Cola" tərəfindən dəstəklənən və ən çox xal toplayaraq İlin İstehsalat Agentliyi titulunu qazanan "Greek Good People" şirkəti olub.


İlin Rəqəmsal Agentliyi Mükafatı


"Coca-Cola" tərəfindən dəstəklənən ən çox xal toplayan rəqəmsal agentliyin İlin Rəqəmsal Agentliyi adı İsrailin "DIBOOR" şirkətinə verilib.


Bütün qalib ideyaları və komandaları təbrik edirik!