El Salvadordakı BTC sahibləri öz BTC-lərini NFC kart oxuyucularının mövcud olduğu yerlərdə “toxunvə ödə” funksiyası ilə xərcləyə biləcəklər.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, bu yaxınlarda El Salvadorda BTC əməliyyatları üçün təmassız ödəniş dövrünün başlaması ilə bağlı addım atılıb.


El Salvadorlular "CoinCorner"in "Bolt Card" adlı yeni ödəmə kartı ilə bitkoin və "Lightning Network" ilə təmassız ödənişlər edə biləcəklər. "CoinCorner" həmçinin "Lightning" infrastruktur xidmətləri göstərən IBEX ilə əməkdaşlıq edib. Əməkdaşlıqla ölkədəki bizneslərə NFC dəstəyinin təmin edilməsi nəzərdə tutulur. Beləliklə, El Salvadorlu bitkoin sahibləri BTC ilə təmassız ödənişlər edə biləcəklər.