Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
Facemark.az "APA-Economics"ə istinadən xəbər verir ki, hərracda tələb 43,3 mln. ABŞ dolları olub və tam təmin edilib.
Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (11 oktyabr 2022-ci il tarixində keçirilib – red.) müqayisədə 1,8 dəfə və ya 19,3 mln. ABŞ dolları artıb.
Qeyd edək ki, ötən hərracda bankların dollar tələbi 24 mln. ABŞ dolları təşkil etmişdi.