Facemark.az iqtisadi terminlər haqqında yazını təqdim edir!
1. Mikroiqtisadiyyat və Makroiqtisadiyyat
Makroiqtisadiyyat iqtisadiyyatı bütövlükdə ələ alır. Makroiqtisadiyyatda bütün rəqəmlər və bütün ölkədən gələn datalar diqqət mərkəzindədir. Makroiqtisadi göstəricilərə misal olaraq, ÜDM(Ümumi Daxili Məhsul), infliyasiya dərəcəsi, işsizlik dərəcəsi, ixracat və idxalat və təbii ki valyuta məzənnələri verilə bilər. Mikroiqtisadiyyat isə kiçik miqyaslı iqtisadi oyunçuları tədqiq edir. Fərdlərin və firmaların davranışlarına cəmlənərək onların qərarlarını qəbul etmə prosesdurlarını dərindən analiz edir. Bu iki sahə çox fərqli görünmələrinə baxmayaraq, açıq bir şəkildə bir-birləri ilə iç-içədirlər.
2. Tələb və təklif qanunu
İqtisadiyyatda hər şey bərabərdirsə, məhsul və ya xidmətin təklifi yüksəlirsə, onun qiyməti aşağı düşür, lakin bu məhsul və ya xidmətə tələb yüksəlirsə, qiymət yüksəlir.
3. Alıcı bazarı
Bazarda təklifin tələbi üstələdiyi vəziyyətdir. Belə vəziyyətin yaranması iqtisadi baxımdan istehlakçılar üçün faydalıdır.
4. Balans dəyəri
Əsas fondların və dövriyyə vəsaitlərinin mühasibat balansında təsbit olunmuş qiymətləridir.
5. Barter əməliyyatı
Xarici iqtisadi əlaqələrin inkişaf etdiyi, həmçinin böhran və valyuta məzənnəsinin qeyri-sabitliyi şəraitində dövlətlər, firma və müəssisələr arasında, öz ehtiycalarını ödəmək üçün, birbaşa və həmdə natural şəkildə əmtəələrin mübadilə formasıdır.
6. Bazar iqtisadiyyatı
Tələb və təklif qanunlarının tələblərinə söykənən bazar iqtisadi münasibətləri əsasında azad sahibkarlıq, istehsal vasitələri üzərində mülkiyyət müxtəlifliyi, bazar qiymətəmələgəlmə, təsərrüfat subyektləri arasında müqavilə əlaqələri, təsərrüfat fəaliyyətinə dövlət müdaxiləsinin məhdudlaşdırılması və s. bu kimi əlamət və prinsiplərə əsaslanan iqtisadiyyatdır.
7. Debitor
Müəssisə, firma və təşkilatlara pul və ya əmlak borcu olan fiziki və ya hüquqi şəxslərdir.
8. Dividend
Təsərrüfat fəaliyyətinin illik nəticələrinə görə müvafiq vergilər ödənildikdən sonra səhmdar cəmiyyətinin özünün mənfəətindən səhmlərə görə ödədiyi məbləğdir, səhm sahiblərinin gəlirləridir; bir səhmə düşən dvidendin həcmi səhmdarların ümumi yığıncağının qərarı ilə müəyyən olunur və icra edilir.